hemle

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilir - YENİLƏNİB

Tarix:3-05-2024, 16:26
Baxış Sayı:677

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilir - YENİLƏNİB
Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş xüsusi sessiya başlayıb.

Yerli və beynəlxalq nümayəndələrin iştirak etdiyi sessiya "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusuna həsr edilib.

11:34
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının Ağdama səfəri başlayıb.
Yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılıblar.

Sessiyadan sonra iştirakçılar Ağdam Cümə məscidini, Çörək muzeyini, İmarət Kompleksi, Dram teatrı və xarabalıqları ziyarəti gözlənilir.

10:24
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının azad olunan ərazilərə səfəri başlayıb.

Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qarşılayıb.

Onlar forum çərçivəsində Ağdamda keçiriləcək "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir