hemle

Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək

Tarix:3-05-2024, 16:00
Baxış Sayı:639

Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
Minalardan təmizləmə baxımından beynəlxalq əməkdaşlıq vacibdir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.

O qeyd edib ki, Avropa İttifaqına Azərbaycanın mina probleminə önəm verdiyinə görə təşəkkür edib:

“Həqiqətən də 30 il ərzində Ermənistan işğalı nəticəsində əmələ gələn problemdir. Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”, - o deyib.

H.Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin köməyi bu sahədə vacibdir:

“2024-cü ilin may ayında Zəngilanda mina ilə bağlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Mədəni irsimizə də mina problemi nəticəsində ciddi problem dəyib”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir