hemle

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində fermerlərə dəstək göstərilib

Tarix:24-04-2024, 15:30
Baxış Sayı:768

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində fermerlərə dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Qax və Oğuzda fermer təsərrüfatlarına dəstək göstərilib.


Məlumata görə, növbəti dəstək göstərilən təsərrüfat Qax şəhərinin Turaclı kəndində yerləşən Yusif Tarverdiyevin təsərrüfatı olub. Əsasən balıqçılıq və bağçılıqla məşğul olunan “Göl kənarı” təsərrüfat sahəsi 1996-cı ildə salınıb, aqroturizm fəaliyyətinə isə 2023-cü ilin may ayından başlanılıb. Təsərrüfat sahəsi 10 hektar ərazini əhatə edir ki, bunun 5,8 hektarı bağ sahəsi, 2,2 hektarı göl sahəsi, qalan ərazisi isə meşə zolağıdır. Bağ sahəsinin 90%-i fındıq bağları, 10%-i isə qarışıq meyvə bağlarından ibarətdir. 4 böyük, 1 kiçik gölü olan təsərrüfatda 3 növ balıq növləri mövcuddur.

Dəstək tədbirləri nəticəsində burada söhbətgah, manqal kompleksi, təndirxana, bulaq və su quyusu kimi insfrastruktur obyektləri tikilib, eləcə də təsərrüfat masa, oturacaqlar və park oturacaqları ilə təmin edilib. Təsərrüfat daxilində təbiətin qoynunda istirahət etmək istəyənlər üçün 5 ədəd böyük çadır qurulub, ocaq zonası və sanitar qovşağı olan kamp zonası yaradılıb. Bundan başqa təsərrüfat dolab, dondurucu və bir sıra mətbəx ləvazimatları ilə yanaşı, iki yelləncək, rəngli lampalar, dama oyunu dəsti kimi dekorativ ləvazimatlarla da təmin olunub.

Bundan başqa, layihə çərçivəsində Oğuz rayonunun Baş Daşağıl kəndində yerləşən Mehdi Ramazanova məxsus təsərrüfatın abadlaşdırılması həyata keçirilib. Dəstək tədbirləri nəticəsində söhbətgah, təndirxana və manqal kompleksi tikilərək istifadəyə verilib, eyni zamanda təsərrüfat masa, oturacaqlar, dolab ilə təmin edilib.

15 sot həyətyanı sahəsi və ayrıca kamp üçün ərazisi olan təsərrüfat bulaqlara, şəlaləyə və Uğan mağarasına yaxındır. Burada meyvəçilik və tərəvəzçilik (kartof, lobya, sarımsaq, göyərti və s.) ilə məşğul olunur, toyuq-cücə və qaz saxlanılır. Təsərrüfatda 12 nəfərin gecələməsi və 30 nəfərin qidalanması üçün şərait var. Qeyd edək ki, təsərrüfat sahibləri “Aqroturizmin əsasları” mövzusunda keçirilən təlimdə iştirak ediblər.



Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ