hemle

Azərbaycanı dünyada 3-cü edən meyvə - Ən çox hansı rayonlarda becərilir...

Tarix:5-02-2024, 11:50
Baxış Sayı:65

Azərbaycandan ən çox ixrac olunan məhsullardan biri də xurmadır

Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycandan xarici ölkələrə 165 min ton xurma ixrac edilib.

İxracın ümumi dəyəri 127,2 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə xaricə ixrac olunan xurmanın həm miqdarı, həm də ixracdan əldə edilən gəlirdə artım qeydə alınıb.

Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13 132 hektar xurma bağı var. Xurma bağlarının böyük hissəsi - 12 774 hektarı ənənəvi üsulla, 358 hektar isə intensiv üsulla salınıb.

Ölkədə ən çox xurma bağları Göyçay (2450 hektar), Şəmkir (1842 hektar) və Ağdaşda (1467 hektar) rayonlarındadır. Balakən rayonunda 764 hektar, Goranboyda 762 hektar, Xaçmazda 758 hektar, Ucarda 703, Samuxda 637 hektar, Bərdədə 447 hektar, Ağcabədidə 360 hektar xurma bağı var.

Təkcə ötən il ölkəmizdə 323 hektar yeni xurma bağı salınıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur. İlk iki yerdə Çin və Cənubi Koreyadır.

Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır.

Azərbaycanı dünyada 3-cü edən meyvə - Ən çox hansı rayonlarda becərilir...

Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta 50%-lik dövlət dəstəyi ilə təqdii edilir, yəni bağın sığortalanması üçün hesablanmış sığorta haqqının 50%-ni fermerə dəstək üçün onun əvəzinə dövlət ödəyir, fermer isə bu məbləğin yalnız yarısını, cüzi məbləğ ödəməklə bağını sığorta edir.

Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən, o cümlədən, dolu, yanğın, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma hallarından, eləcə də ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətlərindən sığorta edir.

Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir.

Məsələn, Göyçay rayonunda (mərkəzi Aran regionu – sığorta tarifi 2,18%) yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun baza sığorta zərfi üzrə sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.

Bu məbləğ Quba-Xaçmaz bölgəsində 12 manat, Şəki-Zaqatala öregionunda 20 manat, Qazax-Tovuz və Gəncə-Daşkəsən bölgəsində 21,8 manat, Dağlıq Şirvan regionunda 14 manat, Mil-Muğan regionunda 10,9 manat, Lənkəran-Astara bölgəsində cəmi 11 manat təşkil edir.

Fermer və bağ sahibləri baza sığorta zərfindən başqa, əlavə ödəniş etməkdə xurma bağının, şaxtavurma (donvurma), doludan keyfiyyət itkisi, eləcə də bitki xəstəlikləri və ziyanvericililər kimi risklərdən də sığorta edə bilərlər. Eləcə də xurma bağının məhsulu ilə yanaşı, bağdakı ağacları da ayrıca sığorta etmək mümkündür. Bu zaman hadisə baş verərsə məhv olmuş ağaca görə, onun 3 illik məhsulunun dəyəri həcmində sığorta ödənişi verilir. (Modern)

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ