hemle

Azərbaycanda unun qiyməti bu halda ucuzlaşa bilər - VİDEO

Tarix:15-08-2022, 10:00
Baxış Sayı:176

Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün tədbirlər görüləcək. Bu isə buğda istehsalının genişləndirilməsi ilə yanaşı una olan tələbatın ödənilməsinə kömək edəcək.

50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran fermerlər ərzaqlıq buğda istehsalı ilə bağlı fəaliyyət planına qoşulmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.


Mövzu ilə bağlı danışan ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə bildirib ki, yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək.

Azərbaycan ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses ölkədə unun və un məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərəcək.

Digər xəbərlər
10:44 Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL
10:36 DİN-dən əhaliyə xəbərdarlıq
10:32 Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək
10:25 Müharibə başlayır: İki nüvə dövlətini üz-üzə qoyan səbəblər
09:35 “Ünvanli sosial yardım” almaqla bağlı aldana bilərsiniz – XƏBƏRDARLIQ
09:33 Dünyada ərzaq bahalaşır
09:31 Öd kisəsinə zərərli təsir göstərən qidalanma vərdişləri hansılardır?
09:29 Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ