hemle

Vahid Hacıyev: 2026-cı ilin sonuna kimi Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına 40 minə yaxın insan qayıdacaq

Tarix:24-04-2024, 13:00
Baxış Sayı:770

Vahid Hacıyev: 2026-cı ilin sonuna kimi Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına 40 minə yaxın insan qayıdacaq
2026-cı ilin sonunadək 40 minə yaxın keçmiş məcburi köçkün mərhələli şəkildə Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına qayıdacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O xatırladıb ki, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin salınması nəzərdə tutulub:

“Cəbrayıl şəhərində artıq 712 mənzildən ibarət böyük yaşayış kompleksinin tikintisinə başlanılıb, 2 ay ərzində kompleksin bir hissəsi istifadəyə veriləcək. Bu il 712 ailə Cəbrayıla qayıdacaq”.

Dövlət başçısının xüsusi nümayəndəsi qeyd edib ki, Zəngilan və Qubadlı rayonlarında da genişmiqyaslı tikinti-bərpa işləri davam etdirilir:

“Zəngilanda 13 evdən ibarət yaşayış kompleksinin tikintisinə başlanılıb. Sakinlərin ilin sonuna qədər Zəngilana qayıtması gözlənilir. Zəngilan rayonunun Cahangirbəyli, Cəbrayıl rayonunun Xorovlu, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də işlər davam etdirilir”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir