hemle

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib - FOTO

Tarix:17-04-2024, 08:40
Baxış Sayı:836

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola axıdılması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum olub. Həmin məntəqə sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb.




Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ