hemle

Polis reyd keçirdi - cərimələnənlər var

Tarix:2-04-2021, 21:00
Baxış Sayı:285

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hemlemedia.az-a bildirilib ki, reyd zamanı fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda yoxlamalar aparılıb.

Həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı bəzi vətəndaşların qaydalara riayət etmədiyi aşkarlanıb. Belə ki, əvvəllər dəfələrlə izahedici söhbətlər aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də analoji qayda pozuntularına yol verən sahibkarlara rast gəlinib. Həmin şəxslər barəsində polislər tərəfindən qanunvericiliyə uyğun tədbir görülüb.

Həmçinin Polis Şöbəsində obyekt sahibləri və icarədarlarla görüş təşkil olunub. Görüşdə Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar və göstərişlərə uyğun fəaliyyət göstərməyin vacibliyi onların diqqətinə çatdırılıb.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT