hemle

QADIN XİLAS ETDİYİ İT TƏRƏFİNDƏN PARÇALANDI

Tarix:15-05-2020, 20:31
Baxış Sayı:468

Amerikanın Çikaqo əyalətində yaşayan Lisa Urso adlı qadını heyvan döyüşlərindən xilas etdiyi it parçalayıb.

ONN media xəbər verir ki, həyatını itirən 58 yaşlı qadının meyitini ekspertizadan keçirən həkim Hovard Kuper, onun boyunda, ayağında və bədəninin müəyyən hissələrində dərin yaraların olduğunu deyib. Məlum olub ki, keçən ay it Lisanın sevgilisini də dişləyib. 10 gün baytarlıqda saxlanılan iti qadın evinə gətirib. Polis Lisanın itlə evə girdiyi anda ona hücum edib öldürdüyü qənaətinə gəlib. Faciəvi şəkildə ölən qadının yaxınları onun heyvansevər insan olduğunu, kimsəsiz heyvanlar üçün ianə topladığını deyiblər. (ölke.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir