hemle

Ceyhun Bayramov Özbəkistan prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

Tarix:15-04-2024, 21:02
Baxış Sayı:846

Ceyhun Bayramov Özbəkistan prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
20:04

Özbəkistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Prezident Şavkat Mirziyoyevlə görüşüb.

Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşıdakı görüş və gündəlikdə duran tədbirləri nəzərdən keçirib.

Görüşdə, həmçinin əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.

Mənbə: “Sputnik” Özbəkistan

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir