hemle

Vətən müharibəsinin ən gənc şəhidi - Elgün...

Tarix:15-04-2024, 09:00
Baxış Sayı:771

Vətən müharibəsinin ən gənc şəhidi - Elgün...

Elgün Tahir oğlu Mövlanov şanlı tariximizin unudulmaz səhifəsi olan İkinci Qarabağ müharibəsinin ən gənc şəhididir. O, əlinə silah götürüb Vətənin harayına yollananda təzəcə 19 yaşına girmişdi. Qaldı ki, uşaqlıqdan doğma Azərbaycanın müqəddəsliyinə tapınan Lerikin qartal balası hər an onun yolunda canından keçməyə hazır idi. Qəlbində Qarabağımızı işğal etmiş erməni quldurlarından intiqam, qisas almaq alovu get-gedə alovlanıb. Əsgərlik yaşına çatanda Vətən torpaqlarının azadlığı naminə birbaşa səngərə-dığalarla döyüşə can atıb. Çox keçmədən arzusuna çatıb. 44 günlük haqq savaşımız başlanıb. Gənc əsgər müharibədə fəal iştirak etməklə dığalara qarşı ağır döyüşlərdə böyük şücaət göstərib. 29 sentyabrda Talış kəndində son nəfəsinə qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Ölməzliyə qovuşan, əbədi yeri ürəklər olan Elgün Tahir oğlu ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, "Vətən uğrunda" medalına layiq görülüb. Vətən üçün əziz olan bu ad həm də xalqın qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür.

Bu günlər Lerik camaatı, rayon rəsmiləri haqq savaşımızın Zəfər şəhidi Elgün Tahir oğlunun doğum gününü məzarı başında qeyd ediblər. Böyük ehtiram əlaməti olaraq uyuduğu müqəddəs torpağa təzə güllərdən çələng hörüblər. Mərasimdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev deyib: - Cəngavər libası əyninə geyinib şaha qalxaraq, meydanda düşmənə qan udduran Elgün Mövlanov Lerik şəhərində dünyaya gəlib. Vətənə, torpağa sevgi ilə boya-başa çatıb bizim indi fəxr etdiyimiz Elgün. Onun kimi qeyrətli Vətən övladlarının sayəsində 30 il düşmən əsarətində olan torpaqlarımız azad olundu, bizim mənliyiniz, kimliyimiz bir daha bütün dünyaya bəlli olundu. İndi bütün Azərbaycanın qürur yeridir şəhid Elgün.

Bəli, Elgün bu dünyada çox qısa ömür yaşadı, qaldı ki, gələcək nəsillərimiz üçün örnək olacaq bir tarix yazıb getdi...

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR