hemle

Prezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş, “Zəfər çələngi” adlı kitab Bişkekdə nəşr olunub.

Tarix:14-04-2024, 12:30
Baxış Sayı:797

Prezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş,  “Zəfər çələngi” adlı kitab Bişkekdə nəşr olunub.

Qırğızıstan Respublikasının paytaxtı Biçkek şəhərində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycandaki Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, professor, siyasi elmlər doktoru Cümşüd Nuriyevin; Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyevanın; Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadimünasibətlər” kafedrasının baş müəllimi Mayıl Orucovun və həmin kafedranın dosenti S.İbrahimovanın həmmüəllifliyi ilə yazılmış “Zəfər çələngi” adlı kitabı işıq üzü görmüşdür.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti, Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin, Ulu Öndər Heydər Əliyevivin müqəddəs irsinin, Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini Orta Asiya ölkələrində yorulmadan təbliğ edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur.
“Zəfər çələngi” bütünlüklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə dövlətinə və millətinə gətirdiyi uğurlar toplusunun siyasi və iqtisadi təhlilinə həsr olunmuşdur.
Azərbaycan-Qırğızstan münasibətləri və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyəti ilə geniş məqalə ilə açılan kitabda ardıcıllıqla, İlham Əliyevin Milli Dövlət quruculuğu; Milli təhlükəsizliyin təmin edilməsi; enerji təhlükəsizliyi; nəqliyyat təhlükəsizliyi, sosial təhlükəsizlik; hərbi təhlükəsizlik; informasiya təhlükəsizliyi; ekolji təhlükəsizlik, kadr və gənclər; rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə; iqtisadi və təhlükəsizlik və ərzaq təminatı; gömrük və xarici siyasəti təhlil və şərh edilmiş, dəqiq beynəlxalq və yerli statistik məlumatlar cədvəllər və diaqramlar vasitəsi ilə işıqlandırılmışdır.
Müzəffər Ali Baş Komandan, Prezident İLHAM ƏLİYEVİN rəhbərliyi altında son üç il ərzində Silahlı Qüvvələrimiz 220 illik işğal tarixinə son qoydu və biz artıq qələbənin dadını hiss edən və yaşayan bir xalqıq. Bütün bunlara görə şəhidlərimizin ruhları qarşısında baş əyir və onları xüsusi hörmətlə anırıq. Qazilərimizə acil şəfalar diləyir və minnətdarlıq hissi ilə salamlayırıq.
Dünyanın ədalətinin itdiyi bir zamanda böyük peşəklarlıq və dövlət idarəetmə ustadlığı göstərən Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEV dünya erməni lobbisinə və onları dəstəkləyən bütün beynəlxalq güclərə qalib gəldi. 30 ilə yaxın erməni işğalı altında qalan və tamamilə dağıdılımış Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının əraziləri düşmən tapdağından azad olundu.
2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın hərbi qüdrətini və döyüş taktikasını bütün dünyaya tanıtdı. Biz Zəfər çaldıq və ən böyük uğurumuz olan ərazi bütövlüyümüzü bərpa etdik. Bu müharibənin hərbi-siyasi, tarixi-ideoloji və iqtisadi nəticələri haqqında hələ çox danışılacaq və yazılacaqdır.
Son üç il ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə əməliyyat keçirməklə torpaqlarımızı düşmən terroristlərindən təmizlədi. Bir günlük (19-20 sentyabr 2023-cü il) Antiterror əməliyyatı keçirən Silahlı qüvvələrimiz 23 saatdan bir az artıq müddətdə düşməni bir daha diz çökdürdü. Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın tapşırığını uğurla icra etdi. Eyni zamanda, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən əldəqayırma qurumun bütün rəhbərlərini və əsas ideoloqlarını həbs edib Bakıya gətirdi.
Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış binaları, sosial, nəqliyyat və iqtisadi infrastruktur sürətlə bərpa olunur. İndi dövlətimiz “yaralı” bölgələrimizin yaralarını “sağaltmaqla” məşğüldur. Bütün işlər sürətlə və keyfiyyətlə həyata keçirilir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və tikinti işlərinə başlanılıb, mühüm infrastruktur layihələri həyata keçirilir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz sərhədlərinə tam nəzarət edir.
Möhtərəm Prezidentin gördüyü işlər Azərbaycan dövlətini dünyanın aparıcı dövlətlərindən birinə çevirmişdir. Müzəffər Ali Baş Komandan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmiş milli dövlətçilik siyasətini uğurla həyata keçirir. Məhz son iyirmi ildə Azərbaycan dünya miqyasında baş verən siyasi proseslərə istiqamət verə bilən bir dövlətə çevrilmişdir ki, bu yolu əksər dövlətlər daha çox zaman xərcləməklə keçə biliblər. Azərbaycan nəinki Cənubi Qafqazda və MDB məkanında, artıq Avropa İttifaqında belə öz sözü, imzası və iradəsi ilə tanınan müasir bir dövlətdir.
Qeyd edək ki sadalanan bütün məsələlər kitabda geniş yer almışdır.
“Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüxsə ilə çap olunan kitab geniş oxucu kütləsi üçün hesablanıb. Bu, fondun nəşr etdirdiyi 160 cı kitabdır.
Xüsusi ilə qeyd edək ki Türkdilli dövlətlərin siyasətinə dəstək fondu öz ənənələrinə sadiq qalaraq bu kitabı da pulsuz yayacaq. Həm də Fond, kitabın təbliğat istiqamətində böyük əhəmiyyət kəsb etdəcəyini nəzərə alaraq qırğız və rus dillərinə tərcümə etdirməyi də nəzərdə tutur.

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...