hemle

Azərbaycanlı ağırlıqqaldıran: “Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”

Tarix:11-04-2024, 21:30
Baxış Sayı:604

Azərbaycanlı ağırlıqqaldıran: “Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”

“Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda üç gümüş medal qazanması barədə danışarkən deyib.

O, çəkdiyi əziyyətin qarşılığını gördüyünü bildirib:

“Ağır əməliyyatdan çıxsam da, qısa zamanda özümü toparlaya bildim. Bəlkə də bunun öhdəsindən tam gəldiyimi desəm, yanlış olar. Ancaq çalışdım ki, ölkəmə medalla qayıdım. Bunu da bacardım. Dünya Kubokunda üç medal qazanmaq böyük uğurdur”.

28 yaşlı idmançı gələcək hədəfləri barədə də danışıb:
“Gələcək məqsədim böyükdür. Dünya çempionatına tam yüksək səviyyədə hazırlaşmaq istəyirəm. İndi isə müalicə alacam və bir müddət istirahət edəcəyəm”.

Qeyd edək ki, 109 kiloqramda mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətlə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gələrək, eyni uğura imza atıb.

Toplam 388 kiloqram nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada da ikinci yeri tutaraq yarışı üç gümüş medalla başa vurub.

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR