hemle

“Real Madrid”dən axşamkı oyunla bağı UEFA-ya maraqlı təklif - FOTO

Tarix:9-04-2024, 18:54
Baxış Sayı:440

“Real Madrid”dən axşamkı oyunla bağı UEFA-ya maraqlı təklif - FOTO

“Real Madrid” Çempionlar Liqasında (ÇL) “Mançester Siti” ilə keçirəcəyi oyun üçün UEFA-ya maraqlı təkliflə müraciət edib.

Bu barədə insayder Mario Korteqana xəbər verib.

Onun sözlərinə görə, klub oyun zamanı stadionun üzərinin örtülməsini istəyib. “Real Madrid”in bu istəklə stadionda səslərin dağılmamasını təmin edərək, mahnıların desibellərini artırmağı və daha güclü bir atmosfer yaratmağı hədəflədiyi bildirilib.

UEFA “Real Madrid”in istəyini qəbul edib.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun damı futbol matçında ilk dəfə bağlanacaq.
Xatırladaq ki, bu gün UEFA ÇL 1/4 final mərhələsinə start veriləcək. Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında saat 23:00-da qarşılaşacaqlar.

Onu da qeyd edək ki, İŞİD təşkilatı Çempionlar Liqasının 1/4 finalında terror aktı törətməklə hədələyib.


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir