hemle

Ölkəyə silikon qablarında gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb - FOTO/VİDEO

Tarix:8-04-2024, 19:00
Baxış Sayı:474

Ölkəyə silikon qablarında gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb - FOTO/VİDEO

Ölkəyə silikon qablarında gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisinə İrandan qeyri-ənənəvi üsullarla göndərilən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçiriblər. Tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli silikon qablarında yerləşdirilən altı kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən silikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib.

Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Silikon qablarında aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
10:13 Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
10:11 5 il sonra bu şəxslər işsiz qalacaq
10:06 "Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
10:04 Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı açıqlandı
10:01 Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır
09:58 Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
09:56 Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
09:48 Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı