hemle

Slovakiyada prezident seçkisini Rusiyayönümlü namizəd qazandı

Tarix:7-04-2024, 10:30
Baxış Sayı:543

Slovakiyada prezident seçkisini Rusiyayönümlü namizəd qazandı

Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs - Sosial Demokratiya” partiyasının lideri, Ukraynadakı münaqişənin tezliklə həllinin tərəfdarı olan Peter Pelleqrini Slovakiya prezidenti seçilib.

Bu barədə Slovakiya televiziyası məlumat yayıb.

İkinci turda Pelleqrininin lehinə seçicilərin 53,12 faizi səs verib. Onun rəqibi, Slovakiyanın keçmiş xarici işlər naziri İvan Korcok 46,87% səs toplayıb.

Dövlət Seçki Komissiyasının məlumatına görə, Pelleqrininin lehinə 1 milyon 409 min 255 seçici səs verib. Səsvermədə 4,3 milyona yaxın slovak seçicidən 2 milyon 671 min 279-u (61,14 faiz) iştirak edib.

Mənbə: TASS

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir