hemle

AZAL-ın yaradılmasından 32 il ötür

Tarix:7-04-2024, 11:00
Baxış Sayı:513

AZAL-ın yaradılmasından 32 il ötür

Ölkənin milli aviadaşıyıcısı olan Azərbaycan Hava Yollarının (AZAL) yaradılmasından 32 il ötür.

Hemlemedia.Az-ın məlumatına görə, 7 aprel 1992-ci ildə təsis edilən AZAL ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.

AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən, AZAL Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib.

2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə Binə hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adlandırılıb.

2018-ci ildə Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcısı “5 ulduz” reytinqinə layiq görülüb. “Skytrax” şirkətinin versiyasına görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb.

Həmçinin AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Ümumilikdə AZAL-ın tabeliyində olan qurumların sayı 14-dür. Bunlardan 7-si ayrı-ayrı rayonlarda yerləşən hava limanlarıdır. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.

Digər xəbərlər
10:13 Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
10:11 5 il sonra bu şəxslər işsiz qalacaq
10:06 "Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
10:04 Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı açıqlandı
10:01 Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır
09:58 Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
09:56 Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
09:48 Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı