Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra “Prius”ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var.
Yeni qaydalara əsasən, artıq yaşı 15 ildən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Taksilərlə bağlı yeni qaydaların açıqlanmasından sonra bu sahədə ən çox istifadə edilən “Prius”ların qiymətinin kəskin ucuzlaşacağı barədə xəbərlər yayılır. Həmçinin son günlərdə bu maşın
Sahibkarlar problem yaşamayacaqlarNəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, həmin maşınların qiymətlərinin kəskin enməsi halı mövcud deyil: “Prius”lar daha taksi fəaliyyətində istifadə olunmayacaq. Amma bu o demək deyil ki, bu maşınlar dövriyyədən ümumiyyətlə çıxarılır. Onlar ölkə daxilində yenə də istifadə olunacaqlar. Qiymətlərin kəskin enməsi sadəcə bir ajiotajdır. Reallıqda qiymətlərdə kəskin enmələr müşahidə edilmir. Məlum qərardan sonra sahibkarlar çalışırlar ki, istismarda olan nəqliyyat vasitələrini yeniləsinlər. Bu da normal addımdır”.
E.Cəfərov həmçinin bildirdi ki, kütləvi şəkildə satışların olması avtomobil bazarımıza ciddi təsir göstərməyəcək: “Çünki ölkəmizin avtomobil bazarı çox fəaldır. Qiymətlər də bazar tərəfindən tənzimlənir. Bazarımıza dünyanın müxtəlif ölkələrindən maşınlar gətirilir. Daxildə də avtomobil istehsal olunur. Ona görə sahibkarlar hər hansı problem yaşamayacaqlar”.ların kütləvi şəkildə satışa çıxarıldığı ilə bağlı paylaşımlar artıb.
Dörd min manata “Prius”Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev isə əks fikirdədir: “Bəli, “Prius”ları ucuz qiymətə satışa qoyublar. Qısa müddətdə həmin maşınların qiyməti 13-14 min manatdan səkkiz-doqquz min manata düşüb. Hətta deyə bilərik ki, yeni qaydalar qüvvəyə mindikdə qiymət bəlkə də dörd-beş min manat civarında olacaq. Çünki taksi şirkətləri parklarında əsasən standartlara cavab verən avtomobillər olmasını istəyirlər. Ona görə standartlara uyğun olmayan maşınlar satışa çıxarılacaq. Bazarda təklif çox olanda isə qiymətlər ucuzlaşır”.
“Yerli avtomobillərə maraq artacaq”E.Əliyevin fikrincə, bundan sonra insanlar yerli istehsal olan maşınlara üstünlük verəcəklər: “Prius” dediyimiz avtomobillər xaricdə istifadəyə yararsız olduğu üçün utilizasiyaya düşüb. Müxtəlif işbazlar da bundan istifadə edərək onları kütləvi şəkildə ölkəmizə gətiriblər. Avtomobil parkımızın 83 faizi köhnə maşınlardan təşkil olunub. Yeni qaydalar avtomobil parkımızın daha tez yenilənməsinə faydalı olacaq. Ümid edirəm ki, bu qərardan sonra daha istifadəyə yararsız maşınları ölkəmizə gətirməzlər. Düşünürəm ki, gələcəkdə yeni avtomobillərə maraq artacaq. Burada daha çox yerli istehsal avtomobillərə tələbatın olacağını müşahidə edə bilərik. Yəni Naxçıvan, Neftçala, Hacıqabulda yığılan avtomobillərə tələbat artacaq”.
Həm vətəndaşlar, həm də idxalçılar qazanacaqlarMüsahibimizin sözlərinə görə, həm insanlarımız daha ucuz qiymətə avtomobil sahibi olacaq, həm də yerli şirkətlərin satışları artacaq: “Hazırda bu maşınların ucuz qiymətə satışa çıxarılması münasib qiymətə avtomobil əldə etmək istəyən şəxslər üçün sərfəlidir. Onlar daha ucuz qiymətə avtomobil sahibi olacaqlar. Avtomobil bazarımızda müxtəlif qiymətə “ikinci əl” nəqliyyat vasitələri mövcuddur. Xaricdən avtomobillərin rəsmi şəkildə idxalı ilə məşğul olan yerli şirkətlərimizin satışlarında da artımlar müşahidə ediləcək. Qaydalar avtomobil parkımızın yenilənməsi və ekoloji vəziyyətimizin daha da yaxşılaşması üçün zəmin hazırlayacaq”.
İlkin ödəniş faizləri azaldılmalıdırE.Əliyev qeyd etdi ki, insanların yeni elektrikli avtomobillərə artan tələbini nəzərə alaraq müəyyən addımların atılmasına ehtiyac var: “Hazırda ekoloji avtomobillərə - elektrik və hibridlərə ilkin ödəniş 10 və 20 faiz nisbətindədir. Amma doqquz min manata avtomobilini satan şəxs həmin şərtlərə uyğun avtomobil tapa bilməyəcək. İnsanlar məcbur şəkildə yeni avtomobilləri kreditlə əldə edəcəklər. Kredit şərtlərində ilkin ödənişi 50 faiz yox, 15-20 faiz olsa, bu zaman avtomobilini satan şəxslər özlərini yeni maşınla təmin edə bilərlər”.