hemle

AYNA: “Taksilərlə bağlı yeni tələblər Azərbaycanda qıtlıq yaratmayacaq”

Tarix:30-03-2024, 17:33
Baxış Sayı:415

AYNA: “Taksilərlə bağlı yeni tələblər Azərbaycanda qıtlıq yaratmayacaq”

“Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” Azərbaycanda taksi xidmətlərində ciddi dəyişikliyə səbəb olacaq və ölkədə taksi qıtlığı yaratmayacaq”.

Hemlemedia.Az xəbər verir ki, bunu “Real” TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, bunlar balanslaşdırılmış tələblərdir, bazar iştirakçılarının sürətli, keyfiyyətli transformasiyasına və yeni şərtlərə uyğunlaşdırılmasına şərait yaradacaq.

“Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Əslində bu tələb qanunvericilikdə var idi. Yaşı 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərməyə uyğun deyillər. Bunların bazardan kənarlaşdırılması düzgün qərardır. Bu, bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər. Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq”, - deyə AYNA rəhbəri qeyd edib.

“Vətəndaşın avtomobili gün ərzində 2-3 səfər edirsə, taksilər 20-dən çox səfər edir. Bir taksi avtomobili 8 fərdi avtomobilə bərabərdir. 70 min taksi fəaliyyət göstərirsə, bu, tıxaca effektiv 550 min avtomobilə bərabərdir. Bu kifayət qədər böyük rəqəmdir. Bu səfərlər ictimai nəqliyyatla həyata keçirilə bilər”, - deyə A.Rzayev əlavə edib.

Digər xəbərlər
12:32 SOCAR-ın “Azəriqaz” İB cari ilin 10 ayı ərzində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində 271941 vətəndaşa xidmət göstərib
10:19 Tarixi etiraf: rus hərbçilər öz vətəndaşlarının evlərini qarət ediblər
10:17 Formula 1 Bakının mərkəzindən çıxarılır: Görün harada keçiriləcək - EKSKLÜZİV
10:15 Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir
10:13 Bakıda taksi qiymətləri ucuzlaşıb - Şirkətdən açıqlama
10:10 Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmağı təklif edib
10:05 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR
10:00 Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…