hemle

Gürcüstanda müsəlmanların sərbəst ibadətinə maneçilik törədilib, əraziyə polis qüvvələri cəlb edilib

Tarix:5-04-2024, 18:00
Baxış Sayı:595

Gürcüstanda müsəlmanların sərbəst ibadətinə maneçilik törədilib, əraziyə polis qüvvələri cəlb edilib

Gürcüstanın cənubunda, Samsxe-Cavaxeti bölgəsində yerləşən Adigen munisipalitetində yerli müsəlman əhalinin ibadətinə maneçilik yaradılması gərginliyə səbəb olub.

Bu barədə məlumatı Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze ictimailəşdirib.

O qeyd edib ki, aqressiv pravoslav din xadimləri Adigendə yaşayan yerli müsəlman Merab Mikeladzenin evində cümə namazını pozmağa çalışıblar.

“Bu, birinci belə hal deyil, keçmişdə də pravoslav keşişləri ibadət edənləri təhqir ediblər”, - deyə Gürcüstan parlamentinin deputatı vurğulayıb.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hələlik hadisənin digər təfərrüatı məlum deyil.

Mənbə: Tabula.ge

Digər xəbərlər
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi
10:18 Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi
10:04 Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB
10:02 Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir - Cırcırama qorxusu...
10:00 Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...