hemle

Sənətkarın gəlini: “Şövkət xanımın “Lay-lay” mahnısına görə Rusiyadan mənə müraciət ediblər”

Tarix:5-04-2024, 17:00
Baxış Sayı:571

Sənətkarın gəlini: “Şövkət xanımın “Lay-lay” mahnısına görə Rusiyadan mənə müraciət ediblər”

“Şövkət xanımın mahnılarını çoxu oxuyur. Oxuyanlar bizdən icazə almırlar. Biz buna önəm də vermirik. Təkcə Şövkət xanımın deyil, bəstəkarın da orada müəllif hüququ var. Onu mən dəqiq sizə deyə bilərəm ki, bunu mənim həyat yoldaşım bilir. Bu problemlə heç vaxt qarşılaşmamışam, bilmirəm. Amma yoldaşım Şövkət xanımın yeganə oğlu, varisidir. Ona müraciət edəndə həmişə razılıq verir. Problem yaratmır”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.

“Bütün müğənnilərimiz özləri etiraf edirlər ki, “Şövkət xanımın mahnıları bizim üçün böyük bir məktəbdir”. Çoxu heç Şövkət xanımı həyatda görməyib, tələbəsi olmayıb. Bir dəfə şəxsən mənə Şövkət xanımın “Lay-lay” nəğməsinə görə Rusiyadan müraciət etdilər. Belə bir layihə idi ki, dünyada nə qədər uşaqlar üçün beşik nəğmələri var, hamısını yığırdılar. Azərbaycandan da Şövkət xanımın ifasında Səid Rüstəmovun “Lay-lay” mahnısı seçilmişdi. İcazəni ona görə istədilər ki, sabah müəllif hüquqları problemi yaşamasınlar. Mən də böyük məmnuniyyətlə razılıq verdim. Mənə bir müqavilə yolladılar və ona imza atdım”, - deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova Şövkət xanımla bağlı xatirələrini də bölüşüb.

“İnsanlar mənim Şövkət xanımın gəlini olduğumu biləndə o qədər gözəl sözlər deyirlər ki... Bu sözlər məni xoşbəxt edir. Məni də Şövkət xanıma bənzədirlər. Şövkət xanım özü də məni gəncliyinə bənzədirdi... Şövkət xanım qayğıkeş, mehriban bir insan idi. O, insanları, vətənini çox sevirdi. Bu sevgi onun mahnılarında da öz əksini tapıb. Ən əsası da odur ki, gənc nəsil də onu sevir, orta nəsil də, yaşlı nəsil də. O, Azərbaycan musiqi mədəniyyətinin zirvəsində dayanan xanım müğənnidir”, - deyə sənətkarın gəlini bildirib.

Digər xəbərlər
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi
10:18 Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi
10:04 Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB
10:02 Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir - Cırcırama qorxusu...
10:00 Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...