hemle

Əməkdar artist “TikTok”da uşağa siqaret çəkdirən ataya od püskürdü: “Buna nə ad vermək olar?”

Tarix:2-04-2024, 21:08
Baxış Sayı:568

Əməkdar artist “TikTok”da uşağa siqaret çəkdirən ataya od püskürdü: “Buna nə ad vermək olar?”

Azərbaycanda ata bir yaşlı övladına “TikTok”da canlı yayım zamanı siqaret çəkdirib.

Bu olay polislər tərəfindən araşdırılıb. Ata bu əməlinin səbəbini izah edərkən bildirib ki, məqsədi daha çox auditoriya yığmaq olub.

Sözügedən hadisə cəmiyyətdə səs-küylə qarşılanıb. İnsanlar həmin şəxsi qınaq atəşinə tutublar. O isə yenidən video çəkərək qeyd edib ki, mən əlimin qabarı ilə uşaq saxlayıram. Əlavə edib ki, uşaq mənə aiddir, özüm bilərəm nə edirəm.

Əməkdar artist Mehriban Xanlarova hadisəni “Yeni Sabah”a şərh edib:

“Bir müddət əvvəl də belə bir hadisə yaşanmışdı. O zaman da reaksiya vermişdim. Çox təəssüf ki, həmin hal yenə də təkrarlanır. Əgər bir ata “TikTok” xatirinə, canlı yayıma insanlar daha çox yığılsın deyə bunu edirsə, buna nə ad vermək olar? Özü də deyir siqareti ağzına yox, dodağının kənarına tutmuşam. Bunun nə fərqi var? İstər-istəməz bu həmin uşağa təsir edir. Bunu edən ata özü üçün, öz xeyri üçün edib və övladını düşünməyib. Uşağını düşünən ata bunu etməz”.

Əməkdar artist bu cür davranan insanlardan gileylənib:

“İnsanlar hər yola əl atırlar. Söz deyəndə cavab qaytarırlar ki, yaxşı edirəm, bacarırsan sən də et. Bu sözün qarşısında nə demək olar? Mən heç vaxt onların etdiklərini təkrarlamaram. Heç vaxt o deyilənləri bacarmaram. Mənim xarakterim buna imkan verməz. Onlar da bu və bunun kimi hərəkətlər etməklə öz xarakterlərini sərgiləyirlər”.

Digər xəbərlər
10:51 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir?
10:46 Müəllimlərin nəzərinə - Mayın 12-də başlanılır
10:41 Azərbaycanda vəfat edən şəxsin pensiyasını bu şəxslər alacaq
10:21 Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi
10:18 Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə: Bakıda strateji qərarlar verildi
10:04 Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB
10:02 Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir - Cırcırama qorxusu...
10:00 Kosmetik məhsullardakı TƏHLÜKƏ - Tərkibində bunlar varsa...