hemle

Ankara “Crocus” terrorçuları ilə bağlı məlumatları Moskvaya ötürüb

Tarix:26-03-2024, 19:30
Baxış Sayı:280

Ankara “Crocus” terrorçuları ilə bağlı məlumatları Moskvaya ötürüb

Ankara Moskva vilayətində “Crocus City Hall” konsert zalına hücumda iştirak edən terrorçuların Türkiyədə olması ilə bağlı məlumatları Moskvaya ötürüb.

Bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, həbs edilən dörd terrorçudan ikisi əvvəllər Türkiyəyə səfər edib. Onlar respublika ərazisinə Moskvadan gəliblər və yenidən Rusiyaya qayıdıblar. Onların Türkiyədə heç bir qeydiyyatları olmayıb.

Mənbələr əlavə ediblər ki, bu şəxslərlə bağlı Moskvadan əvvəlcədən heç bir xəbərdarlıq olmayıb.

“Təbii ki, Moskvadan gəlib qeydiyyatda olmayan iki nəfərin yenidən Moskvaya qayıtmasında anormal heç nə yoxdur. Ankara onların Türkiyədə olması faktları ilə bağlı hər bir məsələni diqqətlə araşdırıb. Rusiya tərəfi bu barədə məlumatlandırılmağa davam edəcək”, - deyə mənbədən vurğulanıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar. Onlar artıq sifarişçilər haqqında ifadə veriblər.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?