Bizim bir yaxın tanışımız var. Onun da bapbalaca -şipşirin bir oğlu vardı. Uşaq o qədər şirin uşaq idi ki, kim harda tutdu, uşağın istəyib-istəməməsini vecinə almadan, onu öpər, çimdikləyər, qıdıqlayardı. Təbii ki, o bunlardan xoşlanmazdı və atasına bizi şikayət edərdi. Atasıda uşağın könlün alsın deyə, bizə tərəf baxıb ucadan deyərdi ki, hamınızı gəlib qanqaldan asajam, qırajam hamınızı..Mənim balamı niyə incitmisiniz...?
Pahhh , uşağ necə sevinirdi, necə xoşbəxt olurdu?? Hələ bizə yandıq vermək üçün ucadan qışqırırdı: Di geeetdinizmiiiiii..?!
Ona elə gəlirdi ki, atası artıq onun qisasını aldı...
Ermənilər darmadağın oldular... Day yerlərindən qalxa bilməzlər...
Bu ermənilər nə qədər hayasız millət imiş??? Ermənistan Baş naziri Nikol Paşinyan hava sərhədlərimizi qeyri-qanuni keçib, (1), Şuşanın "qələbə günü" ilə bağlı "şadyanalıqlar" da sevinclə iştirak edib(2) , daha sonra Şuşanı gəzib, vəcdə gəlib nə desə yaxşıdı;"Şuşanın qələbəsi ( işğalı) Qarabağın qələbəsinin (işğalının) başlanğıcıdır."Qarabağ xalqı”nın təhlükəsizliyi və onun öz müqəddəratını təyin etmə haqqını reallaşdırması alver mövzusu deyil. Bu bizim üçün mütləq dəyərdir”.
Nə yaxşı ki, Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva var. O da Paşinyan alçağına bu sözlərlə elə bir zərbə vurub ki... Paşinyan və Ermənistan darmadağın olub: "Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin "qələbədən”, "sülhdən” və "təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir".
Sağ olsun Leyla xanımı, day bu bəyanatdan sonra ermənilər darmadağın oldular... Day yerlərindən qalxa bilməzlər...
Di geeeetdinizmiiiiiiii.....?!
Əntiqə Rəşid