hemle

KARTOFUN ADIı “TURAN” OLUNCA,. ALİMƏ DƏ "FƏXRİ" ADI TURANÇILAR VERSİN...

Tarix:13-05-2020, 18:02
Baxış Sayı:766

Sağ olmasınlar, axır bizim alimlərimizdə də nəsə icad eliyə bildilər. Deməli, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimləri müasir seleksiya üsullarından istifadə etməklə yeni kartof sortları əldə ediblər. Adları: "“Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel”. Bu çox yaxşı bir yenilikdi. İnstitutun Kartofçuluq laboratoriyasının böyük elmi işçisi Mənzər Nəsibova fəxrlə yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verib deyib ki, bəs “Turan” və“Vaqif” sortları tezyetişəndir.“Uğur” və “Çənlibel” sortu orta tezyetişəndir....
Amma pis olan odur ki, həmin "yeni icadların" adını "“Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel” qoyulmasıdır.

Bilirsiniz, Turan— Türk dövlətlərinin bir olması düşünülən bir müqəddəs ideya və qavramdır. İndi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərindən biri mən "besavad"ı başa salsın görüm, Turanla kartofun nə əlaqəsi...
1) Əgər fikriniz kartofa diqqət cəlb etməkdirsə," lap tezyetişən-1, " Tezyetişən-2. ,"ortayetişən-3" və sairə qoysaydınız bu daha cəlbedici olardı..
2) Yox əgər Turan adına diqqət cəlb etmək istəyirsiniz, o adı yaşatmaq isteyirsinizsə, bununda əlacı var. Əvvəla Turan adı Türk dövlətlərinin və Türk xalqlarının amalıdır, ideyasıdır. Ona görə də, bu adı böyütməyə yaşatmağa ehtiyac yoxdu...Özü böyüyəcək də, yaddaşlarda yaşayacaq da.Yaxşı olar ki, o kartoflara atanızın, babanızın adını qoyasınız və beləliklə sülalənizin adını yaddaşlara yazmış olarsınız. Siz Vaqif adının simasında Molla Pənah Vaqifi və Vaqif adlı vetendaşlarımızı doladığınızın fərqindəsinizmi? Uğur adını, Uğur sözünü o kartoflara verəndə hec bir balaca düşündünüzmü? Əfsanəvi qəhrəmanlar yurdu olmuş Çənlibeli məsxərəyə qoymaq nəyinizə gərək idi...????
Bir Turancı kimi sonda sizə "minnətdarlığımı" belə bildirirəm,: İcadınız da, kartofunuz da başınıza dəysin...

Savadsızlıq. yaxud qəsd?

Görən, bu taleyuklü bəzi orqanlar niyə bu qədər dayaz düşüncəyə, çiy söhbətə malik olurlar, Təhsil nazirliyi məktəblilər üçün dərs vəsaiti buraxır. Həmin kitabların 70 faizində erməni bayrağının rəngləri olduğu kimi qeyd edilir. Xəritələr, və tarixi məlumatlar erməni mənbələrində olduğu kimi gedir.
Səhiyyə də isə ən adi xəstəliklərdən belə səriştəsizlik ucbatından insanlar həyatınıı itirir. Məsələn adi doğumdan ölən ana və körpə sayına görə kecmiş sovet məkanında əsas yerlərdən birini tuturuq. Pasiyentin xəstə ayağını qoyub salamat ayağının kəsilməsi hadisəsi Azərbaycanda lətifə janrı kimi xatırlanacaq. Hətta xəstəxanalarda burun və boğaz ətinin kəsilməsi kimi adi cərrahiyə əməliyyatı nəticəsində ölən azyaşlı uşaqların sayı da qonşu respublikalardakı saydan 2-3 dəfə artıqdı. Uzun sözün qısası, cibində azacıq pulu olan hec bir vətəndaşımız özünü bizim həkimlərin əlinə verməyib xaricə qaçırlar.

Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
— Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
— Qibleyi aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? İndi mollanın sözü olmasın burda nə qəribəlik varki mən də ondan danışım.?
Molla demiş, burda nə qəribəlik varki mən də ondan danışım.?
Əntiqə Rəşid

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...