hemle

Paşinyan Fransada hansı gizli sazişə imza atıb? – Korotçenkodan SENSASİON AÇIQLAMA

Tarix:9-03-2024, 11:07
Baxış Sayı:0

Paşinyan Fransada hansı gizli sazişə imza atıb? – Korotçenkodan SENSASİON AÇIQLAMA

"Ermənistanın Rusiya və KTMT ilə münasibətləri kəsmək taktikası ilə bağlı bütün fundamental qərarlar baş nazir Nikol Paşinyanın Parisə səfəri və Emmanuel Makronla danışıqları zamanı müzakirə olunub. Paşinyan həm də Makrondan ona dəstək olacağına dair şəxsi siyasi təminatlar alıb.

Qərbə üz tutduğu müddətdə onun siyasi və hərbi nöqteyi-nəzərdən verəcəyi qərarların ardıcıllığı da razılaşdırılıb. Üstəlik, Ermənistanın Fransa ilə məxfi sazişini imzalayıb.

Baxmayaraq ki, bu barədə məlumat təkzib edilir. Halbuki, Ermənistan və Fransanın kəşfiyyat xidmətləri arasında əməkdaşlıq var idi”.

Bu fikirləri Rusiya mətbuatına müsahibəsində Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, hazırda Nikol Paşinyan ancaq bu razılaşmaları və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır:

“Bu sahədə ilk addım rus sərhədçilərinin Zvartnotsdan çıxarılmasıdır. Sonrakı mərhələdə isə Rusiyanın sərhəd qrupunun Ermənistandan tamamilə çıxarılması gündəmə gələcək. Bu da Rusiyanın Ermənistanda hərbi mövcudluğunun sonlandırılması və Rusiya hərbi bazasının Gümrüdən çıxarılması deməkdir. Paşinyan həm kəşfiyyat, həm də hərbi baxımından qeyri-regional oyunçulara qapı açmağa hazırdır.

Təbii ki, bu məsələ də Fransa birinci gəlir. Bununla paralel olaraq Paşinyan Yunanıstan rəhbərliyi ilə danışıqlar aparır. Nəzərə alaq ki, Yunanıstan həm də NATO ölkəsidir. O, elə zənn edir ki, Yunanıstan Ermənistanı Qərbə yaxınlaşdırmaqda müəyyən hərbi və logistik dəstək verəcək”.

“Rusiya istəsə, Ermənistanın sonunu gətirər”

İqor Korotçenko Paşinyanın baş nazir kimi aparıcı Qərb kəşfiyyat orqanlarının, xüsusən də Mərkəzi Kəşfiyyat İdarəsinin kəşfiyyat xidməti, Mİ6-nın rəhbərləri ilə təkbətək formatda apardığı danışıqları da xatırladıb:

"Ona görə də ortaya müəyyən suallar çıxır. Birincisi, Rusiya bu məsələyə siyasi iradə göstərəcəkmi? İkincisi, Ermənistanı öz siyasi prioritetlərini tez bir zamanda icra edə biləcəkmi?

Axı, Qərbə can atan Ermənistan KTMT-dən çıxmayıb, sadəcə buna çalışır. Ona görə də hər şey Rusiyanın mövqeyindən asılıdır. Yəni Rusiyanın müəyyən imkanlardan nə dərəcədə istifadə edə biləcəyi əsas məsələdir. Rusiya istəsə, təkcə Paşinyanın siyasi taleyinin yox, bütövlükdə Ermənistanın sonunu gətirə bilər”.

Ekspert diqqətə çatdırıb ki, İrəvanın bütün qeyri-dost addımları Moskva ilə Bakı arasında münasibətlərin son dərəcə uğurlu inkişafı fonunda atılır:

“Baxın, Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana səfər etdi və Prezident İlham Əliyev tərəfindən şəxsən qəbul edildi. Biz əvvəllər özünü Rusiyanın strateji müttəfiqi və əbədi dostu elan edən Ermənistanın xəyanətləri fonunda Azərbaycanın Rusiyanın strateji cəhətdən real müttəfiqi olduğunu görürük. Gözümüzün qabağında baş verənlər əminəm ki, bundan sonrakı proseslərin gedişini müəyyən edəcək əsas hadisədir”.

Baş direktor sonda bunları deyib:

“Əgər Ermənistan KTMT-dən çıxmaq, Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətləri kəsmək istəsə, bir daha təkrar edirəm, bu, Ermənistanı öz dövlətçiliyi və ərazi bütövlüyü üçün ağır nəticələr doğuracaq. Mən buna tam əminəm. Paşinyan zənn edir ki, Ermənistanı Qərb xilas edəcək. Amma o unudur ki, Ermənistan qlobal geosiyasi qarşıdurmada Qərb üçün xərclənən alətdən başqa bir şey deyil.

Ermənistanın miqyasını, hakim erməni elitasının səriştəsizliyini nəzərə alsaq, əminliklə demək olar ki, Ermənistan üçün Rusiyadan üz döndərmək sadəcə ölümcül nəticələr verə bilər. Amma bu, Ermənistanın özünün seçdiyi yoldur. Xalq Paşinyana səs verəndə bu səhvi buraxdı. Ona görə də Ermənistan dövlətinin itirəcəklərində təkcə Paşinyan yox, erməni xalqı da məsuliyyət daşıyacaq. Necə deyərlər, hər kəs gələcək taleyini özü seçir”.(Bizim.Media)

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...