hemle

Paşinyanın Rusiyaya səfəri başlayıb

Tarix:19-04-2022, 12:56
Baxış Sayı:188

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfərə gəlib.

hemlemedia.az erməni KİV-lərinə istinafən xəbər verir ki, hava limanında Paşinyanı Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolunun rəhbəri İqor Boqdaş qarşılayıblar.

Bildirilir ki, səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.

Nikol Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu