hemle

Azərbaycan dünya çempionatına dəvət olunub

Tarix:6-03-2024, 21:18
Baxış Sayı:0

Azərbaycan dünya çempionatına dəvət olunub


Aprelin 6-7-də Gürcüstanın Qudauri xizək kurortunda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyasının himayəsi altında gənclər arasında snoubord üzrə dünya çempionatı keçiriləcək.

Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstan Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsini uğurla keçirdikdən sonra 21 yaşadək idmançılar arasında çempionata ev sahibliyi etmək hüququ qazanıb. Beynəlxalq Xizək Federasiyası qeyd edib ki, Qudauri həm infrastruktur, həm də təşkilati məsələlər baxımından bütün standartlara uyğundur.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, beynəlxalq turnirlərin keçirilməsi dağlıq rayonlarda turizm sənayesinin güclənməsinə və iqtisadi inkişafına müsbət təsir göstərir.

Nazirlikdən onu da bildiriblər ki, çempionata Azərbaycandan da qonaqlar dəvət olunub.

Qeyd edək ki, gənclər arasında snoubord üzrə dünya çempionatı ilk dəfə 1997-ci ildə İtaliyada keçirilib. Bundan sonra mötəbər turnirin ev sahibləri İspaniya, Fransa, Almaniya, Avstriya, İsveçrə və İsveç olub.

Digər xəbərlər
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər