hemle

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hara baxırdı?

Tarix:13-05-2020, 01:00
Baxış Sayı:408

2015-ci ildə ermənilər, Ermənistan dövləti və erməni lobbisinin köməkliyi ilə Avropanın müxtəlif şəhərlərində Şuşanın erməni şəhəri olması ilə bağlı 6 aylıq böyük bir layihə icra etdilər. Azərbaycan mədəniyyətinin düşməni olan Nazirliyyət Nazirliyi və yayarsız Xarici İşlər Nazirliyi bu məsələyə demək olarki reaksiyasız qaldılar.
Biz isə müharibə adamları, özünü vətəndaş hesab edən insanlar kimi bir layihə həyata keçirmək istədik. Layihə iki mərhələli idi Birinci mərhələ Türkiyədə, ikinci mərhələ isə Avropada icra ediləcəkdir. Bütün əlaqələr qurulmuş, danışıqlar aparılmışdı. Artıq üç ildir layihənin birinci hissəsi, Şuşa Dövlət Dram Teatrının Türkiyəyə səfəri ilə bağlı layihəmiz Mədəniyyət Nazirliyində yatır. Türkiyə Azərbaycan Dərnəklər Dostluğu Federasyonunun Dil Tarix bölümünün rəhbəri Seyfəddin Ayakyay ilə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri
Radə Abbasin birgə layihəsinə görə Şuşa Dövlət Dram Teatrı Türkiyənin on böyük şəhərində tamaşalar və konsert proqramı ilə çıxış etməklə Şuşanı tanıtmalı idi. Türkiyədə olacağımız on beş gün ərzində 25 nəfərlik heyyətin bütün maddi məsrəflərini Türkiyə tərəfdaşımız qarşılayacaq idi. Azərbaycan tərəfi, yəni Mədəniyyət Nazirliyi bu böyük layihədə avtobus kirayə götürməklə Teatrı yola salmaq üçün cəmi 16 min manat maddi dəstək verməli idi. Bu layihə üçün Mədəniyyətimizin düşməni olan Mədəniyyət Nazirliyinin bütün aidiyyatı məmurları ilə, hətta Nazir Əbülfəz Qarayevlə də görüşdük. Söz verdilər. Məsələ gəlib həll olunmaq məqamına çatanda maddi vəziyyətlərinin son dərəcə ağır olduğunu bildirməklə layihənin icrasını növbəti ilə saxladılar. Türkiydəki tərəfdaş təşkilatımız qarşısında bizi, dəvət edilmiş insanlar qarşısında Azərbaycan dövlətini biabır etdilər bu oğrular. Ermənilərin bizim üzərimizdəki qələbələrinin səbəbi belə şərəfsizlərin əməlləridir. Qarabağ məsələsinin həlli prosesinin yaxşılaşdırlması, qələbəyə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidentinin hücum taktikasını dəstəkləməyən məmurlardan dövlətin canını qurtarmaq lazımdır. Mədəniyyət Nazirliyinin elan etdiyi Qərant müsabiqələrinə verdiyimiz layihələrin hər birini oğurlayan, özünə yaxın adamlara verməklə pulları bölən, nazirlikdə əsaslı korrupsiya ilə məşğul olan bu Rafiqi isə gedər-gəlməzə yollamaq vaxtıdır!!!.
DTX bütün əməkdaşlarına var olun deyirəm. Tanrı yurdumuzu, dövlətimizi qorusun.
Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslahatlarını dəstəkləyirik......

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...