hemle

Almaniyada ermənilər Rada Abbasın tədbirinin keçirilməsinə mane oldular

Tarix:4-07-2017, 23:31
Baxış Sayı:520

Almaniyada ermənilər Rada Abbasın tədbirinin keçirilməsinə mane oldular
Diaspora.az karabakh.today-ə istinadən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi ilə Almaniyada işgüzar səfərdə olan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas verdiyi açıqlamasını təqdim edir.

24.04.2017 – ci il tarixdə Almaniyanın Blifeld unversitetində nəzərdə tutulan tədbir ermənilərin müdaxiləsi ilə təxirə salınıb. Əvəzində isə erməni soyqırımını təbliğ edən tədbir keçirilib. “Təsəvvür edin, insanların bərabərhüquqlu yaşamasından danışan Avropada bizim hüquqlarımız tapdalandı. Bu gün bizə Almaniyada hər hansısa bir tədbirin keçirilməsinə icazə verilmədi. Əvəzində isə bildirildi ki, hələ ayın sonuna kimi Almaniyada erməni soyqırımı ilə bağlı müxtəlif tədbirlər var” – deyən Radə Abbas onu da vurğuladı ki, şəhərin hər yerində sözdə erməni soyqırımı təbliğ edən plakatlar asılıb, mitinqlər keçirilir. “Hətta bizim tədbir keçirməyi planlaşdırdığımız universitetin akt zalında Ermənistandakı sözdə erməni soyqırımı abidəsinin maketi də hazırlanıb, akt zalına qoyulub. Yəni, bu günlərdə tədbir keçirmək istəyənlər də həmin abidənin maketi ilə tanış olacaqlar” – deyə layihə rəhbəri qeyd edib.

Blifeld unversitetindəki plakatlardan birini sizə təqdim edirik, qeyd edək ki, Radə Abbasın məlumatına görə Avropada bu kimi tədbirləri təşkil edən keçmiş ASALA erməni təşkilatının davamı olaraq, fəaliyyət göstərən, ASTA erməni təşkilatıdır.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış