hemle

Jurnalistlərdən Rövnəq Abdullayevin gedişinə reaksiya: Futbolumuzu 30 il geri atdı!

Tarix:1-03-2024, 16:54
Baxış Sayı:9

Jurnalistlərdən Rövnəq Abdullayevin gedişinə reaksiya: Futbolumuzu 30 il geri atdı!


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev nəhayət tutduğu postdan gedir. AFFA-nın növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilib.

Bu gün Rövnəq Abdullayevin özü AFFA prezidenti postuna namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Bununla da Azərbaycan futbolunda “Rövnəq Abdullayev erası” bitir.

Rövnəq Abdullayev 2008-ci il martın 14-də AFFA prezidenti seçilmişdi. O, 4 dəfə bu posta namizəd olmuş və həmişə kürsüsünü qorumuşdu.

İndi AFFA prezidentliyinə yeni namizədlər martın 20-dək müəyyənləşək. Yəqin ki, həmin tarixdən sonra namizədlərin kimliyinə də aydınlıq gətiriləcək.

İdman jurnalistləri Rövnəq Abdullayev AFFA rəhbərliyindən gedişinə münasibət bildirib, bunu Azərbaycan futbolunun xilası kimi qiymətləndiriblər:

Azad Azərbaycan Televiziyasının idman redaktoru İlkin Xəlilov:

“Əlvida, Rövnəq Abdullayev. Çox heyf ki, AFFA-da başda Elxan Məmmədov (sabiq baş katib-red.) olmaqla çox yanlış adamlara güvəndi və 16 illik hakimiyyəti dövründə Azərbaycan futbolunu azı 30 il inkişafdan saxladı. Ümid edirəm ki, AFFA-nın yeni rəhbəri səriştəli, iş bacaran, doğru-düzgün komanda quran biri olacaq.
Sənlə mübarizəmiz isə bitdi, Rövnəq müəllim. The end!”.

“Qol.az” saytının baş redaktoru Aydın Bağırov:

“Azərbaycan futbolunda 16 illik uğursuz Rövnəq Abdullayev dövrü başa çatdı. Ümid edirəm, onunla bərabər Elxan Məmmədov, Elşad Nəsirov da gedəcək.
Aprelin 2-də bu quruma yeni prezident seçkiləri keçiriləcək. İstəyimiz yalnız budur: futbolumuzun yeni rəhbəri özünü yox, futbolu, azarkeşi və Azərbaycanı düşünsün.
Yekunda dəyişilməli olan isə təkcə AFFA-nın prezidenti yox, qurumun İcraiyyə Komitəsi də olmalıdır. Özü də sıfırdan.
Ölkə futbolunun gələcək taleyinə artıq bazar adamları yox, əsl vətənpərvər şəxlər qərar verməlidirlər”.(Modern)

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış