hemle

Ermənistan işğalçı dövlət olduğunu etiraf edir

Tarix:28-02-2024, 09:03
Baxış Sayı:10

Ermənistan işğalçı dövlət olduğunu etiraf edir

Buna görə də təzminat ödəməkdən yaxa qurtara bilməz
Qərbi Azərbaycan torpaqlarında öz­lərinə dövlət qurmuş ermənilər, bu azmış kimi, Qarabağ iddiası ilə 30 il ərzində ölkəmizin 20 faizlik bir ərazisini də işğal altında saxlamışdır. Nəticədə ölkəmizə milyardlarla dollar həcmində zərər vur­muşdur. Buna görə Ermənistan təzminat ödəməlidir və Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlərin dəyən zərərin he­sablanması ilə bağlı fəaliyyəti də olmuş­dur. Ermənistanın işğalçı dövlət olması və 30 il ərzində Azərbaycan dövlətinə vurdu­ğu zərərə görə təzminat ödəməsi məsələsi artıq gündəmə daşınmaqdadır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen səfərində Almaniyadakı erməni ic­ması ilə görüşündə maraqlı etirafları olmuşdur.
Ermənistanda belə hesab edirlər ki, Pa­şinyan Ermənistanın son 30 illik siyasətində Azərbaycan torpaqlarını işğal etməsi faktını açıq şəkildə dilə gətirməklə Ermənistanı çə­tin duruma salmışdır. Görüşdə iştirak edən­lərdən birinin Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə haqqı İlə bağlı sualına Paşinyan demişdir ki, Azərbaycanla sülh müqaviləsinin mətnində Qarabağ ermə­nilərinin məsələsi yoxdur. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin məsələsi artıq gün­dəmdə deyil, bu məsələ bağlanmışdır. Maraq­lı məqam ondan ibarətdir ki, Paşinyan cava­bında deyir ki, biz həmin “öz müqəddaratını təyin etmə haqqı” anlayışını götürməklə və Dağlıq Qarabağın müstəqilliyini tələb etməklə elə hesab etmişik ki, Azərbaycana qarşı siyasi həmlə edirik. Əslində, bu beynəlxalq normanı yaradan Qərbə qarşı mübarizə aparmışıq. Bu isə ağıllı yanaşma deyildi...

Bu sözləri ilə Paşinyan Ermənistanın beynəlxalq birliyin prinsiplərinə qarşı çıx­dıqlarını etiraf edir. Yaradılan Minsk qrupu da, işə müdaxilə edən ölkələr də bu məsələ­nin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etmişlər və bu prinsip heç vaxt dəyişməmişdir. Qarabağın Azərbaycan ərazisi olması heç vaxt heç kim tərəfindən şübhə altına alınmamışdır və fakti­ki olaraq bu prinsiplərdən yanaşıldıqda Ermə­nistan Azərbaycanın bu ərazisini işğal etdiyi faktı dünya birliyi və beynəlxalq qurumlar tərəfindən qəbul edilmişdir. Bəli, BMT tərə­findən 1966-cı ildə millətlərin öz müqədda­ratını təyin etmə normaları qəbul edilmişdir və bu normalar heç cür Qarabağda yaşayan erməni əhaliyə şamil oluna bilməzdi, çünki erməni xalqı Ermənistan Respublikasının timsalında bir dəfə bu haqqı almışdır. Bu normanın ikinci dəfə başqa bir ölkənin əra­zisində hansısa topluma verilməsi BMT-nin prinsiplərinə zidd idi. Və faktiki olaraq Er­mənistanın belə tələblərdə bulunması başqa bir ölkənin ərazisinə iddia hesab olunmuşdur və 44 günlük müharibə zamanı bu işğal sona çatdırılmışdır.

Paşinyan bu görüşdəki çıxışında faktiki olaraq demək istəyir ki, biz münaqişənin mü­zakirə olunduğu bütün beynəlxalq dairələrdə “dünyanı aldatmağa çalışmışıq”, amma, nə­hayət, ortaya çıxmışdır ki, Ermənistan başqa bir ölkənin ərazisini işğal etmişdir. Belə mə­lum olur ki, 30 il ərzində Ermənistan işğalçı olmuşdur ki, bunun arxasında isə Ermənistan üçün çox ciddi məhrumiyyətlər gəlməlidir.

Paşinyanın bu çıxışını şərh edən polito­loqlardan biri, David Qriqoryan öz “Youtube” kanalında deyir ki, Paşinyan bu çıxışı ilə Er­mənistanı çətin duruma salmışdır. “Əgər sən etiraf edirsənsə hansısa ölkənin ərazisini iş­ğal etmisən, buna görə cavab verməlisən. Ərazini işğal etdiyinə, 30 il onu işğal altında saxladığına görə, bu ölkəyə vurduğun zərərə görə cavab verməlisən. Söhbət milyardlarla dollardan gedir. Vəsait olaraq Ermənistan bu məbləği ödəmək gücündə olmayacaq. Bu zaman iki variant ortaya çıxır: Birincisi, Azərbaycana 30 ildə vurduğun zərərə görə vəsait ödəməlisən, ikincisi, pulun yoxdursa əvəzinə torpaq verməlisən”.

Erməni şərhçilər bu çıxışın Ermənistanın dövlət başçısına məxsus olmasının təhlükə­li nəticələr verə biləcəyi ehtimalından bəhs edirlər. Bu fikirlər beynəlxalq məhkəmələ­rin qərar verməsində əsas kimi qəbul edilə bilər və edilməlidir. Ermənistan Azərbaycan ərazilərini uzun illər işğalda saxladığına və ölkəmizə maddi zərər vurduğuna görə məh­kum edilməlidir.

Qafar MEHDİYEV,
XQ-nin Türkiyə müxbiri

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR