hemle

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR...

Tarix:27-02-2024, 13:00
Baxış Sayı:12

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR...

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov Azərbaycanın yeni ədliyyə naziri təyin edilib.

45 yaşlı Fərid Əhmədov ixtisasca hüquqşünasdır.

O, Bakı şəhərində anadan olub, bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.

2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib.

Yeni nazir növbəti il “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Fərid Əhmədov əmək fəaliyyətinə 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi başlayıb və 2004-cü ilə kimi burada fəaliyyət göstərib. 2004-2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində işləyib.

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində, 2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib.

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

İngilis və rus dillərində bilən yeni nazir ailəlidir.

Qeyd edək ki, keçmiş ədliyyə naziri Fikrət Məmmədov bir müddət əvvəl təsdiqlənən yeni hökumət tərkibində yer almayıb. O, 2000-ci il aprelin 19-dan 2024-cü il fevralın 14-dək həmin vəzifədə çalışıb. Fevralın 16-dan ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə olunmuşdu.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ