hemle

Səhiyyə naziri əvəzi kimdir? - DOSYE

Tarix:23-04-2021, 17:59
Baxış Sayı:432

Aprelin 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini təyin olunub.

İlham Əliyevin digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də T.Musayevə həvalə edilib.

T.Musayev 1987-94-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

O, 2003-2004-cü illərdə Strasburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə, 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

O, N.Tusi adına Klinikada direktor, Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor vəzifəsində çalışıb.

Eyni zamanda, T.Musayev İtaliyada Medwellness&SPA mərkəzində baş beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı