hemle

ŞƏHİDİMİZ - SABİR HEYDƏROV...

Tarix:26-02-2024, 09:49
Baxış Sayı:38

ŞƏHİDİMİZ - SABİR HEYDƏROV...

Şəhid - ucalığın rəmzi.

Şəhid - müqəddəsliyin zirvəsi.

Şəhid - haqqımızın sübut yeri.

Bu hallar bizi nə qədər göynətsə də, bu gün onların bizə yaşatdıqları qürur, sevinc göz yaşları ilə əvəzləndikcə rahatlanırıq. Gələcəyə baxışmız, 30 il əvvəlkindən çox fərqlənir. Nikbinliyimiz artır, sabaha inamımız yüksəlir.
Bunları bizə yaşadan şəhidlərimizin və eləcə də, sağlamlığını bu günümüzə, sabahmıza görə qurban verən qazilərimizin əsrlər keçib, nəsillər gəlsə də, ödənilməsi mümkün olmayacaq bir haqqın olduğunu unutmamalıyıq.

Bu, 200 illik xəstə bir təxəyyülün girovuna çevrilmiş nankor erməni millətinin ideologiyasının, dünyasının məhv olması deməkdir. 200 illik bir tarixdə, torpaqlarımız dəfələrlə işğal olunub, insanlarımız öldürülüb, qız, gəlinlərimiz girov götürülüb, olmazın, vəhşi işgəncələrinə məruz qalıb. İllərlə bu tarixi babalarımız, atalarımız, müasirlərimiz ağrılı olsa da yaşayıblar...

Bəli, bu günki qürur dolu nikbinlik içində şəhidlərimizi ehtiramla yad edib, onları xatırlamaq, haqlarında şeir, poema, dastan yazıb, gələcəyə ərmağan qoymaq, hər bir yaradıcı insanın vicdan borcudu.

Bu yazıda isə mən, belə oğullardan bir haqqında söz açıb, xatirə olaraq ürəkdən gələn fikirlərimi yazmaq İstəyirəm.

SABİR CEHUN oğlu HEYDƏROV.

Sabir Cehun oğlu Heydərov, 27 iyun 1998-ci ildə Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2004 - 2015-ci illərdə E. Hüseynov adına 2 saylı tam orta məktəbində təhsil alb. 2016 - 2017-ci illərdə

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətini keçib. Elə hərbi xidmətdə olduğu dövürdə bir gün şəxsi heyətin qarşısında, Xüsusi Təyinatlıların bir zabitini görür.

Xüsusi Təyinatlının həmin zabiti elə söhbət edərək gözün hərləyib, fırlayıb Sabir Heydərovun üzərində cəm edir. Bir neçə dəfə baxışdan sonra, Sabir Heydərova yaxınlaşıb, onu, Xüsusi Təyinatlılarda müddətdən artıq həqiqi hərbi xidməti keçməkdən ötürü kursa göndərsələr gedib, gedə bilməyəcəyini soruşur. Sabir isə, Xüsusi Təyinatlının zabitininin hər baxışında, qardaşı ilə əsgərlikdə və müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra, harada xidmət etmək istədikləri arzularını yada salırdı. Qardaşı da istəyirdi ki, Xüsusi Təyinatlılarda xidmət keçsin. Çünki, dayısı da, birinci Qarabağ Müharibəsində Xüsusi Təyinatlıların tərkibində döyüşüb, qazi olub. Bu arzu, istək, Xüsusi Təyinatlının zabitinə razılığ verməyinə bəs edir. Beləcə, 2018-ci ildən Sabir Heydərov Xüsusi Təyinatlıların tərkibində kiçik gizir rütbəsi ilə hərbi xidmətə başlayır. Qardaş Türkiyə Respublikasıına Xüsusi Təyinatlıların təlimlərinə göndərilir. Nümunəvi xidmətinə görə qardaş respublikadan Fəxri Fərmanla qayıdır. O, müddətli həqiqi hərbi xidmətə olduğu kimi, hər gün hərbi texnikanın, hərbi silahların, sursatların sirlərini, daxili nizam - intizam qaydalarını yetərincə mənimsəyərək, gənc əsgərlərə öyrətməkdən böyük zövq alırmış... Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020 - ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan tərəfindən işğal olunmuş ərazilərin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası üçün başlanan ikinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayıln, Füzulinin azadlığı uğurunda savaşır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə başlanan müharibədə döyüş əməliyyatlarına qoşulan, hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirilməsində böyük şücaətlik göstərərək kiçik gizir Sabir Heydərov, Füzulinin işğaldan azad edilməsi uğurunda gedən döyüşdə, 3 oktyabr 2020 - ci ildə şəhid olur. Şamaxı şəhər Şəhidlər Xiyabanında dəfn olunur. Xüsisi Təyinatlının kiçik giziri Sabir Cehun oğlu Heydərovun şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Şəhidimiz Sabir Heydərovun xidmətləri "Vətən uğrunda", "Cəbrayıln azad edilməsinə görə", "Hərbi xidmətlərə görə" və " Kəlbəcərin azad edilməsinə görə" medallarına laiq görülüb.

Şəhidmizin yüksək səviyyədə anım, doğum günləri böyük ehtiramla yad edilir.

Allah sizlərə rəhmət etsin Şəhidlərimiz.

Ruhunuz şad olsun.

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq