hemle

Putin Baydenin təhqirinə belə CAVAB VERDİ

Tarix:22-02-2024, 22:17
Baxış Sayı:4

Putin Baydenin təhqirinə belə CAVAB VERDİ


Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin təhqirinə cavab verib.

Bu barədə o, “Rossiya-1” telekanalına müsahibəsində danışıb.

“Biz sizinlə bu barədə danışmışdıq. Siz məndən ABŞ-nin gələcək prezidenti kimi kimə üstünlük verdiyimi soruşmuşdunuz.

Mən isə, bizə fərqi yoxdur demişdim. Lakin, Rusiya üçün daha yaxın olan Baydendir demişdim. Onun son açıqlamaları mənim nə qədər haqlı olduğumu bir daha sübut etdi. Bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır. O, mənə “Volodya, afərin! sağ ol. Sən mənə çox kömək etdin” deyə bilməz.

Mən o vaxt dediyimi yenə təkrar edə bilərəm: Bayden ən yaxşı seçimdir”.

Qeyd edək ki, Bayden San-Fransiskoda keçirilən qapalı seçki kampaniyası zamanı Rusiya lideri Vladimir Putin haqqında kobud ifadələr işlədib.

Ağ Evin rəhbəri Putini ağıldan kəm, dəli adlandırıb.

"Bizim bu Putin və başqa qancıq uşaqları kimi dəli oğlanlarımız var və həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlim dəyişikliyidir", - Bayden vurğulayıb.

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər