Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb.