hemle

DİN-dən əhaliyə kameralarla bağlı müraciət

Tarix:16-02-2024, 17:40
Baxış Sayı:2


“Ölkə üzrə yaşayış evlərindən oğurluq halları ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində açılma faizi 70-80 faiz təşkil edir”​.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameralaşma işinə xüsusi diqqət yetirilir.

Daxili İşlər Nazirliyi tərəfindən dövlət maliyyəsi ilə quraşdırılan təhlükəsizlik kameraları ilə yanaşı, vətəndaşların da özlərinə məxsus obyektlərin, mənzillərin, blokların girişlərində kameralaşmaya üstünlük verməsi tövsiyə olunur: “Oğurluq hallarına qarşı mübarizədə əsas metodlar sırasında olan təhlükəsizlik kameralarının arxiv görüntüləri cinayətlərin açılmasında, sübutların toplanmasında, şübhəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsində mühüm amildir.

Bunu nəzərə alaraq, hər bir şəxs bilməlidir ki, kameraların olması həm də hansısa əmlakın talanma cəhdində çəkindirici, mane vasitədir. Çünki oğrular hədəf seçərkən əvvəlcə müşahidə kameralarının mövcudluğunu öyrənir.

Təhlükəsizilik kameraları təkcə mülkiyyət cinayətlərinin deyil, ətrafda müşahidə olunan neqativ halların vaxtında aradan qaldırılmasında faydalı vasitədir.

Bir daha vətəndaşlardan xahiş edirik ki, kameralaşma işinin təşkilinə diqqətlə yanaşsınlar, əmlakın mühafizəsində kameranın profilaktik əhəmiyyətini nəzərə alsınlar”.

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər