Bu gün, 03 fevral 22024 cü il tarixində "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Radə Abbasın təşkilatçılığı ilə 07 fevral 2024- cü il tarixində Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Radə Abbas açaraq şəhidlərin anılmasını xahiş etdi. Şəhidlər üçün sayqı duruşundan sonra məclis açıq elan edildi. Radə Abbas cəmiyyətin seçkilərdə aktiv iştirak etməsi üçün təbliğaat işinin aparılması yolu ilə ölkəmizdə çeçki mədəniyyətinin formalaşdırılmasına ehtiyacın olduğunu bildirdi. Hər kəndən bu yolda iş aparmasını xahiş etdi.
Azərbaycan "Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin Səbail rayon şöbəsinin ofisində keçirilən tədbirin təşkilində Rastov Vilayəti Regionlararası Assesosiyasının qanuni və hüquqi maraqlarının müdafiəsi üzrə Birliyin Prezidenti Leyla Əhmədova yaxından iştirak etdi və şəhidlərin ehsanına çay süfrəsinin açılmasını təşkil etdi.
"Demokratik Cəmiyyət və Qadın Hüquqları" İctimai Birliyinin sədri Mehriban Abdullayeva, "FRED Asif Fondunun" sədri Ədalət Məhərrəmov, Tarixçi Etnoqraf Ramazan Hüseyinli, "Azadlıq Hərəkaçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov, ictimaiyyətçi qadın Svetlana Zeynalova, Şəhid anaları, müharibə veteranları, qarabağ əlilləri, "Azərbaycan Vətən Müharibəsi" İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Salman Əliyev, "Həmrəylik və Dövlətiliyin Qorunması" İctimai Birliyinin sədri Sevda Qənbərli, Həkim, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Səhiyyə Məsələləri üzrə sədr müavini Aynur Pənahova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin mətbuat xidmətinin əməkdaşı Şəhla Hüseynova, Müharibə Veteranı Qadınlarna Sosial Yardım İctimai Birliyinin sədr müavini, Axıska Türklərinin təmsilçisi Bəxtiyar Rzayev, qazi Arif Quliyev, ictimaiyyətçi qadın Raziyyə xanım, müharibə veteranı, yazıçı, əməkdar jurnalist Əntiqə Qonaq, müharibə veteranı Roza Hacıyeva iştirak etdilər. Çıxışçıların hər biri seçkilərdə bir nəfər kimi iştirak etməyin vacibliyini vurğulayaraq öz ətrafında və ailəsində olan insanların seçkilərə gəlməsi üçün tədliğat aparılmasının vacibliyini ifadə etdirlər.
Azərbaycan Respublikası Prezident seçkilərində, hər kəsin yekdil namizədi Prezidentliyə namizəd, Qarabağı erməni və rus ordularının işğalından azad etmiş İlham Əliyevdir. Xalqımız, Vətənimiz üçün xeyirli uğurlu olsun.
Tədbir başa çatdıqdan sonra 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuş Elşad Əliyevin Şəhidlər Xiyabanındakı məzarı ziyarət edildi.
Allah rəhmət eyləsin Ruhu şad olsun şəhidlərimizin.