hemle

Xaçikyan: Tiflis “Bastion”ları buna görə İrəvana buraxdı - Video

Tarix:30-01-2024, 16:30
Baxış Sayı:75

 
Təbii ki, İrəvan Azərbaycan nümayəndə heyətinin AŞPA-dan kənarda qalmasına sevinəcək. Lakin Azərbaycan nümayəndə heyətinin AŞPA-dan bir il müddətinə uzaqlaşdırılmasından real heç nə gözləmək olmaz. Ən azından Azərbaycana edilə biləcək mənəvi təzyiqi indi etmək mümkün olmayacaq. Bu, sadəcə olaraq Ermənistana qarşı mənəvi bir jestdir, başqa bir şey deyil. Bunun heç bir real nəticəsi yoxdur.

Bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru, erməni professor Artur Xaçikyan deyib.

“Bu sadəlövhlük bizdə haradan qaynaqlanır, bilmirəm. Amma fransızlar və amerikalılar ətrafımızda baş verənləri onlardan pul alan, cəmiyyətimizə yalan ümidlər aşılayan, diqqəti real təhlükələrdən yayındıran, fürsət tapmaq cəhdləri ilə məşğul olan erməni təbliğatçılarından qat-qat yaxşı görürlər. ABŞ açıq və səmimi şəkildə bildirir ki, bizim Qafqazda maraqlarımız var, amma həyati maraqlarımız yoxdur. Niyə dinləmək və anlamaq istəmirsiniz? Biz sadəcə olaraq tarixi axmaqların xalqıyıq. Bilirsiniz, bizə əslində nə mane olur? Birincisi odur ki, beynəlxalq münasibətləri uşaqcasına düşünürük. Gürcüstanla strateji əməkdaşlığa gəlincə, Gürcüstanın xarici siyasəti Türkiyə ilə sıx bağlıdır. Gürcüstanın strategiyası Ermənistanla yox, Türkiyə ilə bağlıdır. Gürcüstandan istəyə biləcəyimiz yeganə şey silahların Ermənistana daxil olması üçün yolların bağlanmamasıdır. Amma bu da mümkün deyil, çünki Türkiyə və Azərbaycan 44 günlük müharibə zamanı yolu bağladılar. Bu yaxınlarda fransızların özləri bildiriblər ki, Gürcüstan ərazisindən keçən “Bastion” zirehli transportyorları bir neçə həftə Gürcüstanda qalıb və oradan buraxılmayıb. Onlara sadəcə olaraq icazə verilib deyə sonda buraxılıb. Çünki ciddi hərbi texnika hesab edilmir və hansısa ciddi silahlar olanda Gürcüstanın buna icazə verib-verməyəcəyini Allah bilir”, - o bildirib.

Professor qeyd edib ki, Türkiyə dünya üçün önəmli bir ölkədir:

“Ermənilərə görə Türkiyə ilə heç kim mübahisə etməyəcək. “Qarabağımız” bizdə olanda güclü idik, bizi nəzərə alırdılar. İndi bizimlə heç kim maraqlanmır. Biz teatrla, səthi layihələrlə, piarla məşğuluq. Bu piardır. Azərbaycan real siyasətlə məşğuldur. Ona görə də onlar qalib gəlir, biz isə uduzuruq. Mənasız sözlərlə, mənasız hərəkətlərlə məşğuluq”.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ