hemle

Fransa Natəvanın heykəlini girov saxlayır? - Nota cavabsız qalıb

Tarix:24-01-2024, 18:17
Baxış Sayı:43

 
Fransanın Evian şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı ilə bağlı Azərbaycan tərəfinin haqlı iradlarına baxmayaraq, heykəl hələ də əvvəlki vəziyyətdədir.

Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edib. Məktubda baş vermiş vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfi onun səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir. 

Lakin meriya bu məktubu hələ də cavablandırmayıb, səfirliyin telefon zənglərinə isə cavab verilmir. Məsələ ilə bağlı Fransa XİN-ə göndərilən Nota da cavabsız qalıb. 

Güman etmək olar ki, Fransa tərəfi baş vermiş biabırçılıqdan sonra vəziyyətdən necə çıxacağını hələ də bilmir və süni yolla məsələni uzadır.(“Qafqazinfo”)

 

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər