hemle

BMT-nin baş katibi İran və Pakistanı təmkinli olmağa çağırıb

Tarix:19-01-2024, 12:11
Baxış Sayı:70

BMT-nin baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.

Bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

"Baş katib son vaxtlar İran və Pakistan arasında hər iki tərəfin itkiləri ilə nəticələnən hücum barədə son dərəcə narahatdır. O, hər iki ölkəni daha da gərginliyin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırır", - bəyanatda deyilir.

Bildirilib ki, İran və Pakistan arasında təhlükəsizlik məsələsi suverenlik, ərazi bütövlüyü və mehriban qonşuluq münasibətlərinin prinsiplərinə uyğun olaraq sülh, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir.

Xatırladaq ki, Pakistan Silahlı Qüvvələri Tehranın analoji hücumundan bir gün sonra İran ərazisinə raket zərbələri endirib. İslamabad bildirib ki, hücumda “anti-Pakistan silahlı qrupları” hədəf alınıb. İran hakimiyyətinin məlumatına görə, Sistan və Bəlucistan əyalətində baş verən partlayışlar nəticəsində 9 nəfər həlak olub.(APA )

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir