hemle

“BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın cinayətləri ört-basdır edilir çünki...”-Asim Mollazadənin şərhi

Tarix:11-01-2024, 14:12
Baxış Sayı:82

Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.

Prezident İlham Əliyev də müsahibəsində Fransa müstəmləkələrində baş verənlərlə bağlı fikirlərini bölüşüb. Ölkə başçısı vurğulayıb ki, bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir: “Qoşulmama Hərəkatının sədri kimi biz bu məsələni qaldırdıqda və Bakı təşəbbüsünü irəli sürdükdə müstəmləkə ərazilərinin – Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçiririk. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Onları çağırır, profilaktikadan keçirir, hədə-qorxu gəlirlər. Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi. Fransa tərəfinin xahişi ilə İsveçrədəki Avropa qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsini də saxlayıblar. O, Cenevrədə neokolonializmə həsr olunmuş tədbirə gedirdi. Düzünü desək, mən İsveçrə hökumətinin Fransanın iradəsinə tabe olmasından və belə rüsvayçı aktı törətməsindən təəccüblənirəm. Həm də bu jurnalist çox böyük Avropa ölkəsinin vətəndaşıdır. Yəni, onların əsl xisləti bundan ibarətdir. Biz bu əsl xisləti üzə çıxardıq. Nədənsə bütün bunlar haqqında indiyədək danışılmırdı. Bunların hamısı barədə susurdular, əlaqədar olmaq istəmirdilər, problemlərdən qorxurdular, təhdidlərdən çəkinirdilər və sairə. Amma biz qorxmuruq. Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta “qıcıqlandırmaq” kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik”.

Millət vəkili Asim Mollazadə Musavat.com-a şərhində bildirdi ki, Fransa imperiyası müstəmləkə ölkələrində ən ağır cinayətləri törədib. A.Mollazadə hazırda da bu siyasətin davam etdirildiyini vurğulayıb: “Lakin dövr dəyişib. Afrika dövlətləri Fransaya qarşı çıxır. Əksər Fransa müstəmləkələrində xalq üsyanları baş verir. Neokolonializm siyasətini həyata keçirən Fransa beynəlxalq ictimaiyyətin diqqətini başqa məsələlərə yönəltməklə cinayətlərini ört-basdır etmək istəyir. Azərbaycan Qoşulmama Hərəkatında bu siyasəti ifşa etmək üçün müvafiq qrup yaradıb. Ölkəmiz Fransanın neokolonializm siyasətinə qarşı xalqların haqlarını müdafiə etmək üçün onlara dəstək verir. Bu proses davamlı olacaq. Mənə elə gəlir ki, bütün səyləri birləşdirmək lazımdır. Azadlıq uğrunda mübarizə aparan xalqlara dəstək vermək lazımdır. Fransanın cinayətləri ifşa edilməlidir. Fransa öz ərazisində də etnik qruplara qarşı təzyiqlər edir. Korsika adasında bir sıra ağır cinayətlər törədilib. Vətəndaşların parlamentdə öz dilində danışmaq hüququ əlindən alınıb. Biz bu faktları dəfələrlə Avropa Şurasında göstərmişik, şəxsən mən Monitorinq komitəsində bu məsələləri qaldırmışdım. Hər zaman olduğu kimi böyük ölkələrin cinayətlərinə göz yumurlur. Təəssüf ki, böyük imperiya ideyaları ilə yaşayan ölkələr üçün geniş imkanlar yaradılır və onlar öz cinayətlərini davam etdirirlər. Artıq imperializmə son qoyulmalıdır və xalqların azadlığını təmin etmək üçün bütün səylər birləşdirilməlidir. BMT-nin real təməl sənədləri ilə bağlı olan məsələlər işləməlidir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə ölkənin cinayətləri ört-basdır edilir, çünki sistem artıq köhnəlib. Sistemdə yalnız nüvə silahına malik dövlətlərin hüquqları var, xalqların hüquqları isə müdafiə olunmur”.

Prezident İlham Əliyevin yerli KİV-ə müsahibəsində Fransa ilə bağlı fikirlərini şərh edən millət vəkili qeyd edib ki, bu istiqamətdə araşdırmalar davam etməli, beynəlxalq ictimaiyyətin diqqəti problemin həllinə cəlb edilməlidir.(Musavat)

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?