hemle

Kişilər gələcəklə bağlı qadınlardan daha nikbindir - SORĞU

Tarix:11-01-2024, 13:10
Baxış Sayı:79

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2024-cü il üçün həm ölkənin, həm də dünyanın vəziyyəti ilə bağlı vətəndaşların ümumi gözləntilərini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

STM-dən verilən məlumata görə, sorğunun nəticələrinə əsasən, 2024-cü il üçün ölkənin və dünyanın vəziyyəti barədə ictimai gözləntilər əhəmiyyətli dərəcədə fərqlənib.

Ölkə ilə bağlı ictimai gözləntiləri nəzərdən keçirdikdə, respondentlərin 71.0%-i nikbin olduğunu, 19.2%-i qeyri-müəyyənlik hiss etdiyini, 5.6%-i bədbin olduğunu ifadə edib. Respondentlərin 4.1%-i rəyini bildirməkdə çətinlik çəkib.

Dünyadakı vəziyyət ilə bağlı gözləntilərə gəldikdə, respondentlərin 34.4%-i nikbin olduğunu, 40.0%-i qeyri-müəyyənlik hiss etdiyini, 12.1%-i bədbin olduğunu ifadə edib, 13.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

-  Ölkə ilə bağlı nikbin mövqe qadınlarla müqayisədə (64.8%) kişilərdə daha yüksək (77.3%) qeydə alınıb. Lakin dünya ilə bağlı rəylərdə əhəmiyyətli fərq müşahidə olunmayıb.

-  Yaş artdıqca nikbin mövqedə olanların sayında artım qeydə alınıb. Belə ki, ölkə ilə bağlı 18-24 yaş qrupu respondentlərin 53.3%-i, 35-44 yaş qrupu respondentlərin 69.5%-i, yaşı 65-dən yuxarı olanların 82.2%-i nikbin olduğunu ifadə edib.

-  Ali təhsilə malik olanların 78.8%-i, orta təhsillilərin 69.4%-i ölkə ilə bağlı nikbin olduğunu bildirərkən, dünya ilə bağlı onların 45.5%-i və 39.4%-i nikbin hiss etdiyini ifadə edib. 

Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?