hemle

“LİDER”DƏ MAAŞ BİABIRÇILIĞI: 4 AYA 150 MANAT…

Tarix:11-05-2020, 16:59
Baxış Sayı:449

“Lider” TV-nin bütün əməkdaşları işdən kənarlaşdırılıb.
Telekanal əməkdaşları kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Əməkdaşlar isə işlərini itirməkdən qorxduqları üçün tapşırığa əməl etmək məcburiyyətində qalıblar.
Əldə etdiyimiz məlumata görə, işçilərin 90 faizindən ərazilər alınıb. Kanalda texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efirin isə köhnə veriliş və filmlərlə doldurulacağı planlaşdırılır.
Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb “Lider” TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq, işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Artıq 4 aydır kanalda tam maaş verilmir. İşçilərə mart ayında 100, apreldə isə cəmi 50 manat maaş verilib.
Məlumatda o da bildirilir ki, kanalın gələcəyi ilə bağlı iki seçim üzərində düşünülür. Birincisi, kanal rəhbərliyinin tamamilə dəyişdirilməsi. İkincisi, “Lider” TV-nin tam olaraq bağlanması. Buna səbəb kimi isə bu günə qədər kanalda aparılan bütün islahatların, layihələrin, kadr yenilənmələrinin uğursuz alınması göstərilir.bakupost
ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq
17:00 Bu 8 QİDA qanda şəkəri tez azaldır
16:58 Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı
16:56 Azərbaycan Qərbin planlarını puç etdi - Bayramov
16:54 Sabah Bakıya yağış yağacaq - Proqnoz