hemle

Rüfət Piriyev haqda kütləvi şikayət - Axtarışa verildi

Tarix:9-01-2024, 20:03
Baxış Sayı:42

 Sosial şəbəkələrdə "Abroad" MMC-nin rəhbəri və "Greencard Azerbaijan" şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.

Şikayətçilər R.Piriyev tərəfindən aldadılaraq külli miqdarda vəsaitlərinin ələ keçirildiyini iddia edirlər. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.

Şikayətçilərdən biri isə bir neçə ay əvvəl R.Piriyevi paytaxt ərazisində aldığı pulları qaytaracağı ilə bağlı danışdıraraq çəkdirdiyi videonu paylaşıb. Həmin şəxs bu videodan sonra da pullarını ala və Rüfəti tapa bilmədiyini deyib.

Əldə etdiyimiz məlumata görə, çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilib.

Qeyd edək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad"MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb. (Qafqazinfo)

Rüfət Piriyev haqda kütləvi şikayət - Axtarışa verildi


 

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər