hemle

Salam vermək mədəniyyəti

Tarix:6-12-2023, 06:53
Baxış Sayı:75

"Salam" - Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allah insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan məhəbbət və sevgi ilə qurmaq lazımdır. Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir.

İslamdan əvvəlki salam.İslamdan əvvəl salam kəlməsi ilə rabitə qurulmazdı. Ərəblər daha çox "Əhlən və səhlən", "Məsəxeyr" sözlərindən istifadə edərdilər. Hər bir millətin özünə uyğun rabutə vasitəsi var idi. Məsələn, "günortan xeyr", "sabahın xeyr" kimi sözlərdən istifadə edilərdi.

İslam dinində salamlaşmaq.

Salam öz-özlüyündə bir söz olduğu kimi mədəniyyətin, inancın və ümumi həyatın bir göstəricidir. Fəlsəfədə salam dedikdə yəni çoxluqdan vahidə doğru hərəkət nəzərdə tutulur.

Quran buyurur: "O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir)". (Həşr" 23).

Deməli tövhidin hakim olduğu bir cəmiyyətdə rabitə Allahın yeganəliyi üzərində olmalıdır. Bu rabitə tövhid cəmiyyətinin çoxluğunu vəhdətə çevirər.

Salamın başqa bir ictimai faydası odur ki, insanlar gündəlik ünsiyyətlərini Allahı yada salaraq, başlayarlar. Allah üçün olmayan hər bir rabitə ayrılığa və təfriqəyə düçar olar.

Salam vermək mədəniyyəti.

Peyğəmbəri-Əkrəm (s) salam vermək mədəniyyəti haqqında müxtəlif nöqtələrə toxunmuşdur. Bu hədislərdən bir neçəsinə işarə edək.

Diləmi "İrşadi qulub" kitabında nəql edir: "Allahın Peyğəmbəri (s) yoxsul və sərvət sahibi ilə eyni cür salamlaşardı və əlini çəkməzdi. O zamana qədər ki, qarşı tərəf əlini çəkərdi. Kimi gördü, salam verərdi".

Həzrət İmam Baqir (ə) buyurur: "Salamı başlayan üçün 70 savab vardır".

Həzrət Peyğəmbər (s) buyurur: "Salamı aşkar edin ki, (yəni yüksək səslə deyin ki) dostluq əlaqələriniz möhkəm olsun".

Şeyx Səduq "Əmirəl-möminin (ə) fiqhi" kitabında Peyğəmbər (s) barədə belə yazır: "Peyğəmbər (s) başqasının evinə girəndə üç dəfə salam verərdi, əgər cavab eşidərdisə, daxil olardı və əks halda qayıdardı".

Müsəlmanlar daima salam verməyə təşviq ediliblər. İmam Hüseyn (ə) salam haqqında buyurub: "Salamın 70 savabı vardır. 69-u onu başlayanın və biri isə cavab verənindir".

Peyğəmbər (s) buyurur: "Salam vermək meyllədir, ancaq cavab vermək vacibdir".

Həzrət (ə) başqa yerdə buyurur: "Salama cavab verin və yaxşı söz deyin".


Peyğəmbəri-Əkrəm (s) başqa yerdə belə buyurur: "Ən paxıl insan o kəsdir ki, salam verməyə paxıllıq edir".

Qurani-Kərim müsəlmanlara buyurur ki, əgər kimsə sənə salam versə, gərək ən yaxşı şəkildə ona cavab verəsən.

Bu yolla da həmin müsəlmanı ictimai rabitələri daha da dərinləşdirməyə həvəsləndirərsən. "Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır". ("Nisa"86).

Salamın gətirdiyi nəticələr.

Salam ən gözəl, təsirli rabitə amilidir və insanlar arasında dəyərli səmərəyə və nəticəyə malikdir. Bu nəticələri düzgün dərk etmək üçün Peyğəmbərdən (s) gələn hədislərə nəzər salaq.

O Həzrət (s) bu nəticələr barədə belə buyurur:

1. Məhəbbət yaradır və sevgi rabitələrini inkişaf etdirir. "Üç şey dostun məhəbbətini xalis edər: salam ver, onu görən zaman məclisdə onun üçün yer ayır və onu gözəl adları ilə çağır".

2. Rahatlıq və təhlükəsizliyin yaradılması. "Salam - milləti salamlamaq və bizim təhlükəsizliyimizi hifz edəndir".

3. Həqiqi salam verən üçün behişti vəd etmək. "Salamı aşkar edin, qohumlarınızla dostluq edin və gecə insanlar yatan zaman gecə namazı qılın ki, behiştə daxil olasınız".

4. Günahların bağışlanması. "Günahların bağışlanması amillərindən biri də salamı əda etmək və yaxşı söz danışmaqdır".

5. İslam ümmətini saxlayan. "Salam - milləti salamlamaq və bizim təhlükəsizliyimizi hifz edəndir".

6. Təkəbbürdən pak olmaq vasitəsidir. "Salamı başlayan təkəbbürdən uzaqdır".

7. Cəmiyyətdəki paxıllığı və kini aradan aparar. "Keçmiş ümmətlərin xəstəliyi sizə nüfuz etmişdir. Paxıllıq və düşmənçilik kəsəndir. Ancaq saçı deyil, dini kəsməkdir.

Muhəmmədin canı əlində olan Allaha and olsun ki, mömin olmamış behiştə getməzsiniz. Bir-birinizi sevməmiş mömin olmazsınız. İstəyirsiniz sizə elə şeydən xəbər verəm ki, onu etsəniz, bir-birinizi sevərsiniz? Bir-birinizə salam verin".

8. Müsəlmanın imanını kamil edər. "Üç xüsusiyyət əgər mömində olmazsa, imanı kamil olmaz: ehtiyacı olan zaman sədəqə vermək, öz zərərinə ədalətli olmaq və çoxlu salam vermək".

9. Sileyi-rəhmə səbəb olar. "Qohumlarınıza salam vasitəsilə yaxın olun".

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?