hemle

Qaradağda 4-cü sinif şagirdinin ölüm səbəbi MƏLUM OLUB?

Tarix:1-12-2023, 15:10
Baxış Sayı:51

Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdinin qızılcadan vəfat etdiyi barədə məlumat yayılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda 9 yaşlı uşağın ölüm faktı təsdiqlənsə də, ölüm səbəbinin tibbi ekspertiza, patoloji anatomik müayinə və təşrihdən sonra müəyyən ediləcəyi qeyd olunub.

Məktəbin direktoru Laçın Hüseynli isə sosial şəbəkə vasitəsilə şagirdin qızılcadan öldüyünü yazıb.

Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib.

Qaradağ Rayon İcra Hakimiyyətinin Qobustan qəsəbə İƏD üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi Nərgiz Əmrəliyeva Bizim.media-ya uşağın ölümünə səbəb olacaq detalları açıqlayıb.

Nümayəndəlik rəsmisi uşağın ölümünə həkim nəzarətindən kənar tibbi müdaxilənin səbəb olduğunu deyib:

“Uşaq qızılcalı olub, məktəbə getmirmiş. Evdə hərarəti qalxıb, nənəsi dərman verib, ondan sonra uşağın halı qarışıb. Amma hansı dərman verdiyini bilmirəm. Həkimlərin xəbəri olmayıb, əslində, gərək sahə həkiminə zəng vuraydılar, kimsə gəlib baxaydı. Elə bundan sonra da dünyasını dəyişib”.
O, uşağın anası və nənəsi ilə birgə yaşadığını qeyd edib:

“Uşağın atası ilə anası rəsmi boşanıblar, ata rayon adamıdır, ana uşağı götürüb gəlib valideynləri ilə yaşayır. Qəsəbə adamıdır, çox zəhmətkeş, abırlı-həyalı, qeyrətli bir gəlindir, alın təri ilə o uşağı böyüdürdü”.

Uşağın lazımi yaşlarında peyvənd olunub-olunmamasına gəldikdə isə qurum rəsmisi bunları deyib:

“Onlar qəsəbədə qeydiyyatsız yaşayırlar. Vətəndaş qeydiyyatsızdırsa, biz ona bununla bağlı arayış veririk ki, poliklinikada kart açaraq müayinə və müalicə oluna bilsin”.

Ərazidə yerləşən uşaq poliklinikası ilə əlaqə saxlanılıb, lakin onlar vəfat edən uşağa aid tibbi məlumatların Bakı Baş Səhiyyə İdarəsinə verildiyini deyərək, əlavə heç bir məlumat verməyiblər.

Digər xəbərlər
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?
09:47 COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA