hemle

9 YAŞLI MƏKTƏBLİ İKİ AVTOŞUN QURBANI OLDU

Tarix:6-06-2020, 15:58
Baxış Sayı:416

Biləsuvarda iki avtoxuliqanın səbəb olduğu qəzada faciəli şəkildə yaralanan 3-cü sinif şagirdinin vəziyyəti ağırdır.

ONN media xəbər verir ki, 1 iyun tarixində evdən çörək almaq üçün çıxan 9 yaşlı Yusif Muradov iki avtoxuliqanın qəza törədərək aşırdığı işıq dirəyinin altında qalıb. Hadisə nəticəsində məktəblinin kəllə sümüyü dağılıb. Təcili xəstəxanaya qaldırılan uşağın vəziyyəti ağır olduğundan, o, Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Daha sonra özəl klinikalardan birinə yerləşdirilən uşağın tamamilə dağılmış alın sümüyünü plastiklə əvəzləyiblər.

Klinkanın həkimləri hazırda ağır vəziyyətdə reanimasiyada olan məktəblinin sağalacağını bildirib. Lakin bunun üçün külli miqdarda pula ehtiyac var.

Ailə bildirib ki, xəstəyə gün ərzində vurulan iynə, dərman, müalicələrə 1300 manat pul tələb olunur. Ailənin isə artıq bu vəsaiti qarşılayacaq imkanı qalmayıb. Həmçinin sonradan məktəblini gözləyən əməliyyatlar üçün də pul tələb olunur ki, bu da ailənin imkanları xaricindədir. Ailə övladının sağalması üçün yardım istəyir.

Ailə xeyirxah insanlardan bu bank hesabına vəsait köçürməklə, yardım göstərməyi xahiş edib.

Hesab nömrəsi: Kapital Bank 4169 7413 7363 6206. Muradova Zülfiyyə Tehran qızı.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?