hemle

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir: Sürücülük etməyə, pul köçürməyə qadağalar gəlir

Tarix:29-11-2023, 07:40
Baxış Sayı:89

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib.

Nəzarətli qalma rejiminin Rusiyada qalmaq üçün qanuni hüququ olmayan miqrantlara tətbiq edilməsi təklif edilir, onların müvafiq reyestrə daxil edilməsi planlaşdırılır.

Reyestrə daxil edilmiş miqrantlar hüquqi şəxs və fərdi sahibkar kimi dövlət qeydiyyatından keçə, daşınmaz əmlakın qeydiyyatını apara, avtomobil ala, avtomobilini qeydiyyata sala və ya mülkiyyət hüququnu başqalarına verə bilməyəcək.

Bundan əlavə, qeyri-leqal mühacirlərin avtomobil idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Onlar həmçinin sürücülük imtahanından keçə və sürücülük vəsiqəsini dəyişdirə bilməyəcəklər. Digər məhdudiyyətlər arasında bank hesabı açmaq, pul köçürmək də var. Həmçinin onlar ölkədə nikah bağlaya bilməyəcəklər.

Xatırladaq ki, bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.

Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.( Lenta.ru)

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı